Qərb öz mədəniyyəti və tarixi ilə daim fərqlənir. Sizə Amerika tarixində qeyd edilən bayramlardan biri haqqında məlumat veririk. 🙂 Bu il 24 Noyabr, yəni, bu gün amerikalılar bu bayramı qeyd edir.

Hər il Amerikada noyabr ayının sonuncu cümə axşamı Şükranlıq günü kimi qeyd edilir.
Tarixə görə 1621-ci ildə İngiltərədən köçmüş və ABŞ-ın müasir Massaçusets ştatının ərazisindəki Plimutda məskunlaşmış gəlmələr birinci, olduqca çətin ilə tab gətirdikdən sonra yerli hindlilərlə məhsul yığımını bayram edib. Gəlmə avropalılar Amerika hindliləri ilə birlikdə çörək kəsib və onlara şükranlıqlarını bildiriblər. Lakin Amerikada Şükranlıq günü ənənəsinin 1598-ci ildə Texasda, ya da 1619-cu ildə Virciniyada başladığı haqda da fikirlər rəli sürülür.

Amerika Birləşmiş Ştatlarının ilk prezidenti Corc Vaşinqton 1789-cu ildə Şükranlıq gününü ilk dəfə olaraq milli bayram elan edib. 1863-cü ildən etibarən isə Şükranlıq günü ABŞ-da ölkə miqyasında milli bayram kimi qeyd edilməyə başlayıb. Zaman keçdikcə Şükranlıq günü amerikalılar üçün daha geniş məna kəsb etməyə başlayıb. Şükranlıq gününün əsas rəmzi olan məhsul yığımı və insanlar arasında dostluğun tərənnüm edilməsi ilə yanaşı, amerikalılar malik olduqları azadlıqlar və imkanlar, eləcə də bölüşdükləri dəyərləri bu gün xüsusi qeyd edirlər. Bayram süfrəsini qızardılmış hindtoyuğu, şirin kartof əzməsi, qabaq piroqu, qarğıdalı çörəyi və quşüzümü sousu bəzəyir.

macys-thanksgiving-day-parade
Bu günün daha bir ənənəsi ailənin bütün üzvlərinin birlikdə olmasıdır. Gənc yaşlarından müstəqil yaşamağı üstün tutan amerikalılar harada olsalar da, “Şükranlıq” günündə bayram süfrəsi arxasında ailələrinə qovuşmalıdırlar.

Hər il Şükranlıq Günündə keçirilən paradlardan şəkilləri də sizə təqdim edirik. 🙂

2015-macys-thanksgiving-day-parade 6948e7bedice-age-s-scrat-and-his-acorn-macy-s-thanksgiving-day-parade-by-christian-clothier-jpg-mobilemacys-thanksgiving-day-600x399pikachu-in-the-macys-thanksgiving-day-parade-photo-kent-miller-studios-macys-inc-1200x799