“Hərb və sülh”, “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatına incilər bəxş edən dahi yazıçıdan həyat haqqında aforizmləri təqdim edirik. O, dövrünün qayda-qanuna qarşı çıxmağı bacaran, ilk dəfə müəllif hüquqlarından imtina etmiş bir sənətkar idi. Nobel mükafatından imtina edən Lev Tolstoy maddiyata və pula nifrət edirdi…
Hər zaman yaxşı olduğumuz üçün sevildiyimizi düşünürük, lakin heç düşünmürük ki, bəlkə də sevən adam yaxşı olduğu üçün bizi sevir.
Hər kəs dünyanı dəyişməyi düşünür, Lakin kimsə özünü dəyişməyi düşünmür.
Sevgisiz həyat asandır, ancaq onsuz həyatın bir mənası yoxdur.
Dünya əzab çəkənlərin hesabına inkişaf edir.
Güclü insanlar hər zaman sadə olurlar.
İnsanlar vicdanlarının təmizliyindən ona görə qürrələnirlər ki, onların yaddaşı zəifdir.
Əminəm ki, hər birimiz üçün həyatın mənası sadəcə sevgi içində böyüməkdən ibarətdir.
Məsələ çox bilməkdə deyil, lazım olan şeyləri bilməkdədir.
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, ancaq bədbəxt ailələrin hərəsi bir cür bədbəxtdir.
Hər kəs plan qurur, ancaq kimsə axşama qədər yaşayıb-yaşamayacağını dəqiq bilmir.
Əgər sən mükəmməllik axtarırsansa, heç vaxt kifayətlənməyəcəksən.
Xoşbəxt olmaq istəyirsənsə, ol! 🙂