5 maraqlı hekayə

46204

Tove Marika Jansson demişdi: “Bəzən hər kəs ehtiyac duyur ki, vaxtaşırı ona yaxşı hekayələr danışsınlar”. Və əgər sizin üçün də belə bir məqam yetişibsə “Bildirchin.az” sizə 5 maraqlı hekayə danışacaq. 🙂 

İnanc

 Bir zamanlar, gələcək yoldaşımla ortaq ev, maşın və məzuniyyət planlarımız yox ikən, o mənə yanacaq doldurma məntəqəsindən tələsik dərdiyi gülləri gətirirdi.

-Bəs sən bilirsən? – mən ona dedim. Biz ezoteriklərdə belə bir inanc var, hədiyyə edilmiş güllər nə qədər uzun müddət təravətli qalırlarsa, münasibətlər də bir o qədər möhkəm olur.

     Kasıb aşiq hər axşam gəlir və qəhramancasına 3həftə təravətli qalan gülləri iyləyir və təəccüblənirdi.

Bundan sonra daim o mənə yanacaq doldurma məntəqəsindən gülləri dərirdi və onların hamısı uzun müddət təravətli qalırdılar.

     Sonra biz məzuniyyətə getdik, mən hamilə oldum, qızım dünyaya gəldi, ev aldıq, köçdük və o mənə bunun sirrini açdı. Dözümlü güllərdən sonra o başa düşdü ki, bu qismətin işarəsidir. Nə yaş, nə uşaqlar, nə fərqli maraqlar, nə də mənim bərbad xarakterim-heçnə bizim münasibətimizə mane olmayacaq və bizdə hər şey alınacaq.

Mən isə öz növbəmdə, etiraf etdim ki, hər gün solmuş qızılgülləri təzəsiylə dəyişdirirdim.

Biz ezoteriklərdə belə bir inanc var: nəyə inanırsansa o da alınacaq.

 

Qeyri-adi cadu

     Ofisdə kompüter qırılmışdı. Mütəxəssis çağırdım. O gəldi və təmir etdi.

Bunun necə baş verməsi haqqında əməkdaşım danışır:

     -Mütəxəssis gəldi, dik-dik kompüterə baxdı, əllərini göyə açıb nə isə pıçıldadı, mənim stulumu 10 dəfə saat əqrəbinin əksinə fırladıb kompüteri ayağıyla vurdu, yenə nə isə pıçıldadı və getdi. Kompüter işlədi. Bu əsl cadudur.

Mütəxəssis danışır:

     -Kompüterə nə olduğunu bilmək üçün məni çağırdı. O qərarsız olduğu anlar həmişə stulda fırlanırmış. Bu səbəbdən də, kompüterin naqili stulun ayağına dolanırmış. Mən isə donub qalmışam, nə edəcəyimi bilmirəm. Sonra kompüterin yerini dəyişdim, sıçramış ştekeri yerləşdirdim və getdim.


Bərabərlik necə işləyir

     İqtisadiyyat professoru bir dəfə qrupun auditoriyada olan mübahisəsindən danışırdı:

     -Qrup təkid edirdi ki, sosializm işləyir və bu halda heç kəs nə kasıb, nə də zəngin olmayacaq. Düzəliş edərək professor dedi: yaxşı gəlin bu auditoriyada sosializm predmeti üçün sınaq qoyaq. Bütün qiymətlər ortaq məxrəcə gələcək və hər kəs eyni qiyməti alacaq.  Beləliklə heç kim yıxılmayacaq və heç kim “əla” almayacaq.

     Birinci yoxlama qiymətindən sonra bütün qiymətlər ortaq məxrəcə gətirildi və hamı “yaxşı” aldı. İnadla oxumuş tələbələr məyus olmuşdu. Az oxuyan tələbələr isə sevinirdi.

     İkinci yoxlama zamanı az oxuyan tələbələr daha az məşğul olmağa başladı, inadla oxuyanlar isə müftə qiymət istədilər və bu səbəbdən az çalışmağa başladılar. İkinci yoxlama qiymətlərinin ortaq məxrəci “kafi” ilə nəticələndi. Heç kəs sevinmirdi.

     Üçüncü yoxlama “qeyri-kafi” qiymətləndirildi.

  Nəticə yaxşılaşmadı. Belə ki, davalar, danlaqlar, söyüşlər onların arasında düşmən münasibətlərinə gətirib çıxardı. Bu halda isə heç kəs digəri üçün oxumağa çalışmadı.


Darvazadan içəri girən it  

     Xəbərim olmadan həyətə qoca, yorğun it girdi. Xaltasına və kök qarnına əsasən belə düşünmək olardı ki, onun evi vardı və ona yaxşı baxırdılar.  İt sakitcə mənə yaxınlaşdı onu sığallayıb ayağa qalxdım, o da mənim arxamca evə daxil oldu. Dəhlizi yavaş-yavaş keçdi, qonaq otağının bir küncündə buruldu və yatdı.  Bir saatdan sonra durdu və qapıya yaxınlaşdı. Mən onu həyətə buraxdım.

     Növbəti gün o yenə mənim evimin darvazasında idi, mənimlə salamlaşdı, yenidən içəri keçdi, qonaq otağında həminki küncü tutdu və bir saat yatdı. Beləcə bir neçə həftə ardıcıl belə davam etdi. Mənə maraqlı gəldiyi üçün kağıza qeyd yazdım və onun xaltasına sancdım. Qeyddə yazmışdım: “ Bilmək istəyirəm ki bu sevimli itin sahibi kimdir və o bilirmi ki, bu it hər gün mənim evimə yatmağa gəlir?”

     Növbəti gün it xaltasına sancılmış başqa bir qeydlə gəldi: “ O altı uşaqlı evdə qalır, uşaqlar balaca olduğundan it doyunca yata bilmir. Olar mən də sabah onunla gəlim?”


Şans hər kəsdə var

     Elan verilmişdi: dənizdə 3 mərtəbəli, hovuzu və bağı olan villa satılır. Dəyəri-1$

Sayıqlama!-bomj deyindi və qəzeti atdı. Həyətlərdə qida axtararkən divarda yenə elan gördü: Dənizdə 3 mərtəbəli, hovuzu və bağı olan villa satılır. Dəyəri-1$

Səhv yazıblar ki?-bomj düşündü və deyinə-deyinə irəlilədi. Prospektə çıxıb böyük bir banner gördü: Dənizdə 3 mərtəbəli, hovuzu və bağı olan villa satılır. Dəyəri-1$

Bomj fikrə getdi. Ona maraqlı gəldi, hansı ağılsız belə yazı yaza bilər?-dedi və yoxlamağa başladı. Onun itirəcəyi bir şey yox idi. Yalnız cibindəki son dollarından başqa. Həmin ünvana gəldi və elandakı böyük villanı gördü. Ürəksizcəsinə zəngi basdı. Qapını gözəl qadın açdı.

-Bağışlayın, mən elana görə gəlmişəm. Bu dolandırıcılıq deyil?

-Siz nə danışırsız? Tamamilə düzdür.

-Mən villanın dəyərini 1dollar gördüm. Bu doğrudur?

-Bəli 1 dollar. Əgər sizi maraqlandırırsa, evə göz gəzdirə bilərsiniz.

Bomj villanı görüb heyranlıqdan son dollarını verdi və bu gözəl villanın sahibi oldu, amma yenə də öyrənməyi qərara aldı ki, niyə belə ucuz qiymətə?  Ki qadın gülümsəyib dedi: mənim yoldaşım ölümündən əvvəl vəsiyyət etmişdi ki, mən bu villanı satım və əldə olunan pulu onun məşuqələri arasında bölüşdürüm. Mən onun vəsiyyətini yerinə yetirməyə bilməzdim. Elan yarım il asılı qaldı və yalnız siz bu elana reaksiya verdiniz. Sizə xoş günlər. –qadın dedi və getdi.


Nəticə: Şans hamıya verilir. Sadəcə inanmaq lazımdır ki, qeyri-mümkün də mümkün ola bilər.