Maddi çətinlikləriniz var? Evinizdə səliqə yarada bilmirsiniz? Gündəlik qayğılardan başınız şişib? Hər üç problemin yeganə həlli var: “Minimalizm”
Minimalist həyat tərzi qarışıqlıqdan, basabasdan, lazımsız şeylərdən uzaq olmağı sevən insanların seçdiyi yoldur. Uzaq Şərqin dahiləri yaponlar çoxdan bu həyat tərzini seçib. Məncə artıq bizim də minimalizimlə tanış olma vaxtımız gəlib. Bu mövzunu xeyli araşdırdım və gəldiyim nəticələri sizinlə bölüşürəm.
P.s. aşağıdakı məsləhətlərin hamısına əməl etməyiniz vacib deyil. Tək bircə dənəsi belə həyatınızı asanlaşdıracaq.
1. Qardirobunuzu seyrəldin.
Bütün paltarlarınızı, ayaqqabılarınızı, çantalarınızı, aksesuarlarınızı bir-bir nəzərdən keçirin. Şkaflarınızda, çəkməcələrinizdə istifadə etmədiyiniz və heç vaxt etməyəcəyiniz bir yığın əşya var.
Onlardan canınızı qurtarın. Heyfiniz gəlməsin, yadınıza salın görək axrıncı dəfə nə vaxt istifadə etmisiniz o əşyanı. Ehtiyacı olan insanlara verin, yaxşı vəziyyətdə olanları sata da bilərsiniz. Bu sizə lazım olan bir şeyi tez tapmaqda kömək edəcək, səqililik yaradacaq, həm də ehtiyac sahiblərini sevindirəcəksiniz.
2. Alış-veriş siyahınız olmadan alış-verişə çıxmayın.
Gəlin etiraf edək ki, bəzən ayaqqabı almağa çıxıb çanta ilə qayıdırıq. Nəticədə lazımsız çantaya pul veririk və ayaqqabımız da olmur. Mətbəx alış-verişində də həmçinin eyni vəziyyətdir. Nə almalı olduğumuzu dəqiqləşdirib evdən çıxsaq lazımsız əşyaları alıb evimizi doldurmarıq.
Siyahını düzəldərkən sadəcə nə almalı olduğunuzu yazmayın, həm də necə bir şey almalı olduğunuzu yazın. Məsələn, köynək alacaqsınızsa sırf dəbdədi deyə almayın onu; nə rəng olmalı olduğunu, köynəyin klassik yoxsa idman stilindəmi olacağını, hansı fəsil üçün olduğuna da siyahıya qeyd edin.
3. Telefonunuzu təmizləyin.
Əksəriyyətimiz günün bir hissəsini telefonla, kompyuterlə məşğul olur. Bir çox sosial şəbəkələrdə üzvlüyümüz var, ancaq hamısını istifadə etmirik, onları silsək; mənasız şəkillər saysızdır, onları silsək; lap çoxdandır qulaq asmadığımız, daha bəyənmədiyimiz mahnıları, yaxınlarınızın göndərdiyi bir dəfə baxdığımız ancaq bir daha baxmayacağımız videoları silsək; yüklədiyimiz, ancaq bir daha istifadə etməyəcəyimiz, bizə maraqlı olmayan tətbiqləri (proqramları, aplikasiyaları) silsək görəcəyik ki, xeyli səliqə yaranıb.
Səliqə də nə deməkdir? RAHATLIQ 🙂
4. Üstünüzdəki məsuliyyəti azaldın.
Eyni zamanda 1 dən çox iş görə bilməzsiniz. Bu həm işinizin keyfiyyətini azaldar, həm də sizi yorar. Gündəlik görməli olduğumuz işləri bir gün öncədən müəyyənləşdirin və realist olun. Altına girə bilməyəcəyiniz yükü qaldırmayın. Bu stressdən başqa bir şey qazandırmır. Mən şəxsən, gün ərzində mütləq etməli olduğum şeyləri və etməkdən xoşbəxtlik duyduğum şeyləri edirəm. Digər hər şey gözləyə bilər.