Xüsusilə uşaqların sevimli meyvəsi olan bananın faydası saymaqla bitmir. Araşdırmalara görə bananın qabığı içindən də qiymətli imiş. Yay-qış demədən süfrələrimizdən əskik etmədiyimiz banan qabığının ayaqqabı təmizliyindən diş təmizliyinə qədər saysız faydalarından bəzilərini sizlər üçün sıraladıq. 🙂


1. Banan qabığı mükəmməl bir ayaqqabı təmizləyicisidir.
Banan qabığı ilə ayaqqabını təmizləmək ayaqqabıya canlılıq və parlaqlıq verir.



2. Banan və qabığı, dişləri təmizləməyə və ağartmağa da kömək edir.



3. Həşərat dişləmələri üçün də faydalıdır.
Ağcaqanad və bənzəri canlıların dişləməsi səbəbiylə, insan bədənində yaranan qaşıntıların, banan qabığı ilə qarşısı alına bilər.



4. Ayaq topuqlarına müsbət təsir göstərir.
Banan qabığı, topuq bölgəsinə sürtülərək tətbiq olunanda, topuq bölgəsini rahatlaşdırır və topuqlardakı çatlaqlara, qabarlara faydası toxunur.



5. Ziyil kimi dəri xəstəliklərinə yaxşı gəlir.
Bədənin müxtəlif yerlərində olan qabarmış ziyilləri, banan qabığı sürtərək təmizləmək mümkündür. Keçmiş zamanlarda da banan qabığının iç hissəsinin bəzi yaralara sürtülərək sağaldılması, müxtəlif qaynaqlarda təsdiqlənmişdir.



6. Sızanaqlı üzlər üçün banan qabığı, faydalı və zəhmətsiz bir köməkçidir.
Hər axşam yatmadan əvvəl üzünüzü təmizləyib, banan qabığı sürtsəniz üzünüzdəki sızanaqlar əhəmiyyətli dərəcədə azala bilər.



7. Bəzi xərçəng növlərinə qarşı immunitetinizi gücləndirir.
B6 vitamini ilə zəngin quruluşu bizi xərçəngin bəzi növlərindən əhəmiyyətli dərəcədə qoruyur. Xüsusilə bağırsaq və böyrək xərçənginə qarşı qorumada banan olduqca təsirli bir vasitədir.



8. Bal ilə qarışdırılıb uşaqlara verildiyi zaman qızdırmanı və öskürəyi azaldır.