Məlumat əldə etməyin bu qədər asan olduğu bir zamanda, ən azından dünyada bilmədiyimiz çox az şeyin qaldığını düşünə bilərsiniz. Bir baxımdan haqlısınız… Lakin hələ sirri açılmamış bir çox əhəmiyyətli hadisə var və bunlar sadəcə aysberqin görünən hissəsidir. Aşağıda dünya üzərində sirrini hələ də anlaya bilmədiyimiz və bizi də içinə alan 14 maraqlı əhvalatla tanış ola bilərsiniz.
1. Voynich əlyazması
Bu əl yazma sirri hələ də açılmamış kodlarla yazılmış bir növ sənəddir. Ekzotik bitki rəsmləri və kosmik işarələr olan bu 14-cü əsr kitabının bir insanın xəyal gücü olduğu yoxsa yad planetlilərə işarə etdiyi naməlumdur.
2. Yaşıl Uşaqlar
12-ci əsrdə Woolpit kəndində ortaya çıxan iki uşağın dərisinin rəngi yaşıl idi və fərqli bir dildə danışırdılar. Yaşıl paxla xaricində yemək yeməyən bu uşaqlardan oğlan olanı bir müddət sonra ölmüş, qız olan isə İngiliscəni öyrənmiş və bir müddət sonra rəngi normala çevrilmişdir.
3. Rongo Rongo
Easter adalarına aid bir çox sirrli hadisədən biridir. Yerli xalqın oyduğu bu kitabələrin kodunu həll edə bilən olmamışdır.
4. Beale Şifrələri
İddiaya görə bu sənədlər gizli bir xəzinəyə işarə edir. İndiyə qədər bu şifrələrdən yalnız biri qırıla bilmişdir.
5. Ölümsüz Qraf
İddiaya görə, 16-cı əsrdə doğulan St. Germain adlı qraf, 21-ci əsrdə də görülmüşdür və hələ də sağlam imiş. Onun ölümsüz həyatın sirrini tapdığına və Corc Vaşinqton kimi bir çox əhəmiyyətli şəxsiyyəti tanıdığına dair rəvayətlər mövcuddur.
6. Dyatlov Keçidi hadisəsi
Bu hadisə də tarixdəki ən maraqlı hadisələrdəndir. Bir qrup Rus tədqiqatçı dağda yollarını itirirlər. Tapıldıqda cəsədlərinin üzərində yalnız alt paltarı və corabları var idi. Bundan əlavə hamısının sümükləri qırılmış halda idi. Bu hadisədə tədqiqatçıların çadırlarının içəridən cırılmış olması da bir çox sui-qəsd nəzəriyyəsi yaradır.
7. Qarın deşən Jack
Victoria dövrünün qatillərindən olan Qarın deşən Jack Londonda beş fahişəni öldürdükdən sonra bu hadisə sirri açıla bilməyən bir hadisə halına çevrilmişdir. Bəzi nəzəriyyələrə görə hadisədə Illuminati barmağı var, digər nəzəriyyələr isə kral ailəsi hətta yazar Lewis Carrol’u da günahlandıran bir düşüncəyə sahibdir. Bu hadisənin sirrinin tapıldığına dair xəbərlər bu il mediada da yer almışdı.
8. Georgia abidəsi
1972-ci ildə tikilən bu abidəni kimin tikdiyinə dair bir çox nəzəriyyələr mövcuddur. Dörd sütun üzərində bir çox dildə yazılmış qanunlar var.
9. Cicada tapmacaları
Sadə suallarla başlayan və getdikcə içindən çıxılmaz hala gələn bu puzzle 2012-ci ildə ortaya çıxmışdır. Dünyada fərqli forumlarda və bir çox məcrada üzərində düşünülən tapmacaları kimin hazırladığına dair heç bir fikir yoxdur.
10. WOW Siqnalı
1977-ci ildə bir astronom ona gələn 72 saniyəlik bir siqnal almış və bunu qeyd edərkən siqnalın yanına “Wow” deyə qeyd də əlavə etmişdir. Görəsən bu siqnal yadplanetlilərəmi aid idi?
11. Atlantis
Bir çox fərziyyənin qaynağı olan, bir gecədə dənizin dibinə batan Atlantisdən hələ də bir iz yoxdur. Platon bəhs etməmiş olsa bu şəhərin varlığına dair bir şeylər biləcəkdikmi?…
12. Alcatraz Fərariləri
Clarence Angle, John Angle və Frank Morris adlı üç bank soyğunçusu 1962-ci ildə hücrələrindən qaçırlar. Qaçılması qeyri-mümkün olduğu deyilən Alcatraz’dan qaçan bu üçlüyə dair bir daha heç bir izə rast gəlinməmişdir. Bəziləri qaçarkən suda boğulduqlarına inansa da hadisə hələ də sirrini saxlayır.
13. Pollock Əkizləri
1957-ci ildə Joanna və Jacqueline Pollock bir avtomobil qəzasında ölür. Bir il sonra ölən əkizlərin anası iki qız dünyaya gətirir, hətta bunlardan bir dənəsi ölən bacısıyla eyni izi daşıyırdı. Bu qızlar ölən bacılarının oyuncaqlarının adlarını belə doğru xatırlayıb onların xatirələrinə sahib idilər.
14. Phaistos Diski
Bu disk üzərində tunc dövrünə aid bir çox heroqliflər mövcuddur. Bu şifrələrin çoxu açılsa da, hələ də cavabının tapılmasını gözləyən bir çox suallar var.