Ən böyük xəyal qırıqlıqlarının səbəbi, yalanlardır. Hər şeyin yolunda getdiyini düşündüyünüz anda, həyatın əslində düşündüyünüz kimi olmadığının fərqinə varmaq, insanı qəlb evindən yaralayır. Bu tərz xəyal qırıqlıqlarını önləyə bilmək üçün ən yaxşı yol, yalanları təsbit edə bilməkdir. Bunun üçün hökmən insan sərrafı olmağınıza da ehtiyac yoxdur. Bu 10 yolu yaxşı mənimsəsəniz sizin üçün faydası olacaqdır.

Bədən dili: Əgər bir insanın dediyi sözlərə güvənmirsinizsə, bədən dilinə baxın. Yalan danışan insan əllərini gizlətməyə çalışır; əllərini bağlayır, ciblərinə soxur, əllərinin üzərinə oturur və yaxud arxasında tutmağa çalışır. Yalan söyləyən insanlar düz oturmurlar və adətən yalan söyləyərkən ayaqlarını ritm tuturmuş kimi yerə vururlar. Onlara sual verdiyiniz zaman dodaqlarını dişləyir ya da tez-tez yalayırlar.


Nəfəs alma: Yalan söyləyən insan, danışarkən dərin nəfəs almağa meyllidir, çünki gərildiyi üçün bədəndəki qan axını və ürək ritmləri dəyişməkdədir.


Çox tərləmə: Yalan söyləmək, insanı stressə salır. Sadə yalan da olsa, stressə girmədən dayana bilmərik. Tərləmək, stressin təbii nəticəsidir.


Göz təması: Yalnız gözləri qaçırmaq deyil, heç göz qırpmadan gözlərin içinə baxmaq da yalan danışmağın əlamətidir.


Mövzunu dəyişdirmə: İnsanlar yalan söyləməkdən çox vaxt narahat olur, çaxnaşmaya düşürlər. Bu səbəblə mövzunu dəyişdirməyi seçirlər.


Әllər üzə: Yalan söyləyən insanın əlləri adətən başına doğru irəliləyir; ya saçlarını qarışdırır, ya ənsəsini ovur, ya burnunu sıxır ya da qəribə bir şəkildə ağzını bağlayır.


Gərəksiz müdafiə: Yalançı bir insan doğruları ard-arda eşitməkdən narahat olur və həddindən artıq özünü müdafiə etməyə başlayır. “Nə əlaqəsi var?!”, “Hal-hazırda əhəmiyyətli olan mövzu bu deyil!” kimi cümlələrdən istifadə edir.


Ton və sürət: Yalan söyləyən biri, normal danışma tərzindən daha yüksək səslə və daha sürətli danışır. Danışarkən səhv edir və sözləri kəkələyərək deyir.


Texnoloji yalanlar: Yazarkən yalan söyləmək daha asandır, çünki yalan söyləyən insanın strategiya qurması üçün zamanı olur. Ancaq yalnız üz-üzəykən deyil, mesajlaşarkən belə yalanı anlamaq mümkündür. İnsanın özü kimi danışıb danışmadığına diqqət edin, mövzunu davamlı dəyişdirməyəmi çalışır, “Dürüst olmaq lazımdırsa …” və ya “Yəni demək istədiyim …” kimi şeylərmi deyir? bunlara diqqət edin.

Könül istərdi ki, heç kim sizə yalan söyləməsin; ancaq başınıza belə bir şey gəlirsə də, bu məlumatlar sizə köməkçi olacaqdır. 🙂