Әsnəmək yoluxucu bir xəstəlik kimi yayılan, insana davamlı olaraq yuxunu xatırladan, amma fizioloji olaraq nədən qaynaqlandığını dəqiq bilmədiyimiz qəribə bir hadisədir. Biz niyə əsnəyərik görəsən? Bununla bağlı ortaya atılmış bir neçə nəzəriyyə var…


1. Daha çox oksigen qəbul etmək üçün.

Birinci nəzəriyyəyə görə əsnəməyin səbəbi, daha çox oksigen almaq və bədəndə yığılmış karbon qazını çölə atmaqdır. Ancaq daha çox oksigen almaq üçün əsnəyiriksə, məşq edərkən də əsnəməli deyilikmi? Robert Provine adlı bir nevropatoloq, etdiyi təcrübədə insanlara normadan artıq oksigen vermiş və mühitdəki karbon qazını azaltmışdır ancaq bu hadisə insanların əsnəməsinə əngəl yaratmamışdır. Yəni bu nəzəriyyə öz təsdiqini tapmamışdır.


2. Diqqəti cəlb etmək üçün.

Bəzi elm adamları, qədim zamanlarda insanların dişlərini göstərmək və qarşısındakını qorxutmaq üçün əsnəməkdən istifadə etdiyini düşünür. Nə yalan söyləyək qulağa məntiqli bir nəzəriyyə kimi gəlmir.


3. Darıxmaq ya da sadəcə olaraq yuxunun gəlməsi.

İnsan sıxıldığı və yuxusu gəldiyi zaman beyindəki müəyyən mərkəzlər aktivləşir və insan əsnəməyə başlayır. Ancaq bu teorem hər vəziyyətdə öz təsdiqini tapmır. Məsələn, atletlər qaçmadan əvvəl, paraşütçülər ilk atlayışlarını etmədən əvvəl əsnəyirlər. Ya da əsnəyən birini gördüyümüz zaman, əsnəməylə bağlı bir şey danışdığımız zaman da əsnəyirik. Və bunlar bu teoremin də təsdiqini tapmadığını göstərir.


4. Beyni soyutmaq üçün.

Beyin ən yaxşı performansını göstərə bilməsi üçün müəyyən bir tempraturda olmalıdır. Və əsnəmək eynilə bir sərinkeş kimi beyindəki artıq istiliyin atılmasını təmin edir. Əsnəməyə başladığımız zaman, çənə və boyun əzələlərindəki sıxılma boyuna, üzə və başa gedən qan miqdarını artırır. Əsnəmə əsnasında aldığımız dərin nəfəs, beyindəki qanı aşağı istiqamətli axmağa məcbur edir. Ağzımızdakı hava da bu mayeləri soyudur. Daha aydın izah edəcək olsaq əsnəmək, radiator funksiyasını yerinə yetirib, beyindəki isti qanı alır yerinə soyuq qan getməsini təmin edir və bu sayədə beyin soyudulmuş olur.


5. Adaptasiya olmaq üçün.

Әsnəməyin yoluxuculuğu ilə bağlı edilən bir çox araşdırma, bu vəziyyətin insanın empati qabiliyyətiylə ciddi dərəcədə əlaqəli olduğunu sübut etmişdir. Yəni insan qarşısındakıyla nə qədər empati qura bilirsə, əsnəməyin yoluxuculuğu da o qədər yüksək olur.


6. Rahatlamaq üçün.

Bədən özünü sakitləşdirmək üçün əsnəməkdən istifadə edir. Bəzi araşdırmalara görə stress və qayğı yaradan hallarla birlikdə beynin kimyəvi quruluşu dəyişir. Bu səbəbdən stressli anlarda əsnəmə bir qaçış şəkli olaraq bədənimiz tərəfindən istifadə edilir.


7. Xəstəlikdən sonra.

Əsnəmə ilə bağlı ilk araşdırma 2500 il əvvəl Hippokrat tərəfindən aparılmışdır. Hipokratın etdiyi araşdırma nəticəsinə görə əsnəmək, qızdırmalı xəstəlikdən sonra bədəndə yığılan pis havanın təmizlənməsinə köməkçi olurdu.


Bu postu oxuyarkən doya-doya əsnəmisinizsə, üzünüzə su vurub özünüzə gələ bilərsiniz. 🙂