Öz yatağı, yorğanı olmadan rahat yata bilməyənlər klubunun siz də üzvüsünüzsə, bunun mənfi bir şey olduğunu zənn etməyin, çünki belə olan halda beyniniz, əslində fərqində olmasınız da sizi qoruyur. Dost evində və ya oteldə ilk dəfə qaldığınız zaman rahat yatmaq mümkün olmur. Araşdırmalara görə bu proses tamamilə, təkamül nəticəsində yaranan və beynimizin bizə oynadığı bir oyundur.
1. Adət etmədiyiniz yerlərdə yuxuya dala bilməmək, yuxuya dalsaq da dinc və dərin bir yuxu yaşaya bilməmək, tamamilə qeyri-iradi bir hadisədir.
2. Fərqli bir yerdə yatdığımız zaman, beynimizin bir yarım kürəsi müəyyən nisbətdə aktiv qalmağa davam edir.
3. Bu əslində, ətrafdan gələ biləcək təhlükələr üçün bizi qoruyan bir sistemdir.
4. Elm adamları bu faktı belə ifadə edir: “İlk Gecənin Təsiri”
5. Bizi qoruyan bir mühafizəçi kimi çalışan beynimiz bizi yarı yuxulu, yarı ayıq bir hala salır.
6. Bu vəziyyət, təbiətdə bəzi məməli heyvanlarda və quşlarda müşahidə edilən müdafiə instinktidir.
7. Məsələn delfin və balinalarda görülən bu yarı oyaq uyğunlaşma halı, onların yuxu əsnasında da tənəffüs edə bilmələrini təmin edir.
8. Və quşlar, uzun köçlər əsnasında bu xüsusiyyətləri sayəsində, yatarkən də yollarını tapa bilirlər.
9. Təbii ki, insan beyni bu davranışı heyvanlar qədər güclü sərgiləyə bilmir, amma araşdırma göstərir ki, bizim beynimiz də bənzər xüsusiyyətə sahibdir.
10. İlk dəfə yatdığımız məkandakı bu yarı oyaq vəziyyətə verilən bir başqa ad isə “Adaptasiya Gecesi”dir.
11. Məhz bu adaptasiya gecəsində beynimiz, “yavaş dalğa” adlı dərin yuxuya keçmir, çünki bir təhlükə yaranarsa bu yuxudan asanlıqla oyana bilmərik.
12. Tədqiqatçılara görə, “Adaptasiya Gecesi” nin həlli var: “Sizi rahat hiss etdirən bir əşyanızı, ilk dəfə yatacağınız yerə aparmağınız, daha dinc yatmanızı təmin edə bilər; məsələn yastığınızı. “