Professional həyatınızda istədiyiniz yerdə deyilsinizsə zamanınızın əhəmiyyətli bir hissəsini bunun səbəbini düşünərək keçirirsiniz. Bəzi səbəblərə fokuslanaraq bu problemin öhdəsindən gələ bilərsiniz. Hazırladığımız bu səbəblərə birlikdə nəzər salaq.
Özünüzə inammırsınız.
İnanmırsınızsa edə bilməzsiniz. Bunun nəticəsində bir cəhd də ola bilməz. Bəzən çətin olan şeyləri edə biləcəyinizə dair inancınız olması lazımdır və o istiqamətdə addımlar atmalısınız.
Davamlı olaraq mənfi düşünürsünüz.
Mənfi düşünən insanlar hər fürsəti bir çətinlik olaraq görür. Bunu etmək yerinə hər çətinlikdə bir fürsət tapmağa çalışsanız sizin üçün daha faydalı olacaqdır.
Ən az mübarizə tələb edən yolları seçirsiniz.
Mübarizə etmirsiniz deyə müvəffəqiyyətli sayılmazsınız. Hər müvəffəqiyyət səy tələb edir. Müvəffəqiyyət oturduğunuz yerdə sizə gəlməyəcəkdir. Gedib onu əldə etməlisiniz.
Hədəflədiyiniz şeyləri itirmisiniz.
Müvəffəqiyyətli olmaq istəyirsinizsə qarşınıza yüksək hədəflər qoymalısınız və bunları reallaşdırmadan geri çəkilməməlisiniz. İlk addım, başladığınız yerdə bitirməməli olduğunuz gerçəyini qəbul etməyinizdən asılıdır.
Mükəmməli gözləyirsiniz.
Gerçək həyat sizi mükəmməl ilə mükafatlandırmaz. Etməli olduğunuz işləri həll etmək, öz başına mükəmməliyyətdir.
Diqqətiniz çox asanlıqla dağılır.
Diqqətimizi dağıdacaq bir şeylər axtarırıqsa, onu daim tapacağıq. Bu cür hərəkət etmək müvəffəqiyyətə gedən yolda bizə mane olacaqdır. Bu vəziyyətdə tək etməli olduğumuz diqqətimizi dağıdan şeyləri yox etmək və müvəffəqiyyətə fokuslanmaqdır.
Qərarlar verməkdən çox bəhanələr uydurursunuz.
Müvəffəqiyyət, qərar verməkdən başlayır. Həyat, seçimlərimizdə və bu seçimlər nəticəsində ortaya çıxan problemləri həll etməkdən ibarətdir.
Hər şeyi, həddindən çox qarışıq hala gətirirsiniz.
Nəzarət və gücü itirdiyinizə inandığınız an, heç bir şey asan görünməyəcəkdir. Mürəkkəbliyi söküb atın və məsələnin dərinliyinə enin.
Bir şeylər etmək üçün təsdiq gözləyirsiniz.
Öz icazə kağızınızı özünüz hazırlayıb, imzanı atın. Öz boss’unuz özünüz olun. Müvəffəqiyyətə layiq olduğunuzu dilə gətirin və hədəflədiyiniz müvəffəqiyyəti əldə etmək üçün özünüzü təsdiqləyin.
Qorxularınız sizi öz əhatəsinə alıb.
Müvəffəqiyyətli olmaq istəyirsinizsə qorxularınız ilə üzləşməlisiniz. Qorxduğunuz şeylər ilə üzləşərək, onların üstünə gedərək, onların öhdəsindən gələ və istədiyiniz müvəffəqiyyəti qazana bilərsiniz.
Unutmayın; bacarmaq istədiyiniz hər şey, eyni zamanda qorxduğunuz şeylərdir.