Bizi dünyaya gətirən, dünyaya gətirməklə qalmayıb həyatımız boyunca şəxsiyyətimizi formalaşdıran, həyatımızın dönüş nöqtələrində bizi doğru yola istiqamətləndirən analarımızın, qızlarıyla əlaqələri çox başqadır. Hər ana, cinsiyyəti nə olursa olsun övladını dünyadakı hər şeydən çox sevir. Amma hər qız bunu çox yaxşı bilir ki, bir qadın üçün anasının daşıdığı məna çox fərqli və özəldir. Uşaqlarını həyata hazırlayan, onları hər halıyla qəbul edən analarla qızlarının arasındakı bağın, digər hər əlaqə növündən daha güclü və möhkəm olmasının səbəbləri olduğunu bilirik.
1. Çünki həyatdakı bütün müvəffəqiyyətlərimizi ona borcluyuq.
2. Gözəlliyimizi də onun möhtəşəm genlərinə borcluyuq.
3. Həyatdakı ən əhəmiyyətli seçimlərimizdə yanımızda həmişə o oldu.
4. Qadın olmağı, ən əhəmiyyətlisi güclü bir qadın olub ayaqda qalmağı ondan öyrəndik.
5. Ən özəl sirlərimizi, hələ biz söyləməmişkən belə həmişə o anladı.
6. Bir qadın üçün anası, sonuna qədər güvənə biləcəyi, gözlərini bağlayıb yalnız varlığını belə düşündüyündə dinclik tapa biləcəyi tək insandır.
7. Kiçik bir uşaq olduğumuz gündən bəri rol model aldığımız qadındır anamız.
8. Məsafələr nə qədər uzaq olursa olsun anamızın yanımızda olduğunu həmişə bilirik.
9. Çünki bir qadın üçün anası yalnız bir ana deyil. Bacıdır, dostdur, hətta bəzən atadır.
10. Bir qadının sahib olduğu bütün incə zövqlər, əslində anasına aiddir.
11. Həyatdakı bütün dəyərlərimizi, həyata baxışımızı, hətta gülüşümüzdəki ifadəni, qəhqəmizin tonunu bizə qazandıran anamızdır.
12. Çünki çox yaxşı bilirik ki, günün birində biz də ona çevriləcəyik.