Dostluq pulla satın alına bilməyəcək qədər qiymətli bir duyğudur. Bir insanla qüvvətli bir dostluq bağı qura bilmək üçün ortaq duyğular paylaşmaq lazımdır. Hətta ortaq bir keçmiş. Buna görə də ən yaxşı dostlarımız uşaqlıq yoldaşlarımız olur. Bərabər keçirilən illər və yaşanılan hadisələr insanları bir-birinə qopmayacaq bir bağla möhürləyir.
1. Bir-birinizi hər kəsdən daha yaxşı tanıyarsınız.
2. Ailəsi, ailəniz kimidir.
3. Ən utanc verici hallarınızı görməyinizə baxmayaraq hələ də dostsunuz.
4. Uzun müddət sonra ilk dəfə görüşsəniz belə bir-birinizdən heç ayrılmamış kimi hiss edərsiniz
5. Yalnız ikinizin anladığı bir çox gülməli xatirələriniz var.
6. Bir-birinizin yanında özünüzü çox rahat hiss edərsiniz.
7. Uşaqlığınızdan bəri ailənizdən öyrənmədiyiniz şeyləri birlikdə öyrənərsiniz.
8. Danışmadan əvvəl deyəcəklərinizə diqqət etmək məcburiyyətində qalmazsınız.
9. İnternetin məşhur olmadığı bir dövrdə dost olduğunuz üçün, birlikdə əylənmənin bir çox yolunu taparsınız.
10. Hər zaman danışacaq bir mövzunuz var.
11. Keçmişlə əlaqədar xatırlayıb gülmə krizinə girdiyiniz bir çox xatirəniz var.
12. Bir hücrəyə qoyulsanız belə illərcə bir-birinizdən bezməyəcəksiniz.
13. Ən çətin zamanlarınızda bir-birinizə dəstək olarsınız
14. Sığınacağınız ən etibarlı liman onun yanıdır.
15. İrəlidə uşaqlarınızın çox yaxşı dost olacağını bilirsiniz.
16. Bir-birinizi əsla qınamazsınız.
17. Həyatınızda əhəmiyyətli bir hadisə olduqda ilk bir-birinizlə paylaşmaq istəyərsiniz.
18. Hər şeydən əlavə nə olursa olsun sonsuza qədər dost qalacağınızı bilirsiniz.