Bir iş yoldaşım maraqlı əhvalat danışdı bəlkə sizə də maraqlı gələr.
Deyir ki, 15-16 il əvvəl dolların dollar vaxtında bir Odessalı Mərkəzi Univermağımıza girir. Musiqi alətləri satılan otdelə yaxınlaşıb köhnə balalaykasını satmaq istədiyini deyir. Satıcı götürmür ki, bu nədir kim alacaq kimə lazımdır. Yalvar yaxar ilə Odessalı balalaykasını ora qoyur ki, bəlkə 20 dollar kimsə verər ona.
Səhərisi gün Odessalı Balalaykasını qoyduğu yerə yaxınlaşıb deyir ki, atam bu gecə yuxuma girib onun balalaykasıdır bəs istəmirəm satılsın atamdan yadigardır, bəs veşlərim çoxdur saxlayın, bir azdan gəlib götürəcəm.Satıcı da sevinir ki,bəs Odessalı başından oldu.
Bir az keçəndən sonra içəri kostyumda bahalı saat taxmış üst başları səliqəli olan iki nəfər girir. Mağazaları gəzəndə birdən gözləri balalaykaya sataşır. Yaxınlaşırlar ki bəs bu sizdə hardandır, necə olub ki əlinizə düşüb biz onu alırıq. Satıcı deyib ki, bəs yiyəsi dedi satmıram.Bunlar deyiblər yox o balalaykanı biz burada qoya bilmərik onu tez almalıyıq. Satıcı da deyib ki bəs yeri yoxdur da mənim deyil. Uzun sözün qısası bu deyib o deyib bu deyib o deyib sonra axırda 30 000 dollara razılığa gəliblər. Kostyumlular 500 dollar beh veriblər,axşam pulları çatdıracağını deyib gediblər.
Bir az keçib balalaykanın yiyəsi gəlib ki, götürəm. Satıcı deyib yox, bu qayıdıb necə yani, o da deyib 20 dollara satmırdın gəl sənə 300 dollar verim get. O da deyib hara gedim pul maraqlı deyil mənə atamındır satmıram. Burada da o deyib bu deyib o deyib bu deyib, axırda balalaykanın yiyəsi ilə 10.000 dollara razılaşıb. Satıcı digər mağazalardan, dostlarından tanışlarından 10.000 yığıb verib yola salıb bunu.
Axşam düşəndə kostyumlulardan gələn olmayıb. O gün bu gün kişi onları gözləyir 🙂