Marketdən satın aldığınız bir çox ərzağı təravətli qalması üçün soyuducuya qoyanlardansınızmı? O zaman yanılırsınız, çünki hər satın alınan ərzaq soyuducuda saxlanılmamalıdır.

    1. BAL
 Bal, soyuducuya qoyulduğu zaman quruluşu dəyişməyə başlayır. Bal soyuducuda zamanla kristallaşır və bir müddət sonra quruluşu incəlib xüsusiyyətini itirir. Balı, bağlı bir qabda, otaq temperaturunda bir yerdə saxlaya bilərsiniz.

    2. POMİDOR
 Pomidorlar soyuğa məruz qalanda dadını itirməyə başlayır. Yetişməyi də gecikir. Bunu maneə olmaq üçün pomidorları otaq temperaturunda saxlayın.

    3. SARIMSAQ
 Sarımsaqların soyuducuda saxlanılması onların ömürlərini uzatmır. Əksinə ömürlərini qısaldır. Bundan əlavə sarımsağı başından ayırdıqdan sonra 10 gün ərzində istifadə etmək lazımdır. Bu müddət ərzində soyuducuda gözlətsəniz də, 10 gündən sonra dadı itməyə və sarımsaq get-gedə yumşalmağa başlayacaqdır.

    4. QƏHVƏ
 Bir çox insan qəhvəni soyuducuda saxlayaraq uzun müddət təravətli qalacağını düşünür, amma əslində elə deyil. Soyuq, qəhvənin ləzzətini aparır. Qəhvəni saxlamağın ən yaxşı yolu onu bir qabda saxlamaqdır.

    5. ZEYTUN YAĞI
 Soyuducuda saxlanıla bilən tək yağ növü fındıq yağıdır. Bundan başqa yağ, xüsusilə zeytun yağları soyuducuda saxlandığı təqdirdə donmaya başlayır və axıcılığını itirir.

    6. ÇÖRƏK
 Çörək insanların ən çox soyuducuya qoyduğu qidalardan biridir. Çörəyin soyuducuda saxlanıldığı zaman ömrünün uzandığı düşünülür, amma çörəyi soyuducuda saxlamaq onun qurumasına səbəb olur və çörəyin keyfiyyətini aşağı salır.

    7. AVAKADO
 Yetişmiş bir avakado satın aldığınızda soyuducuya qoyulmasına ehtiyac yoxdur. Soyuq mühit avakadonun yetişməsinə mane olur. Yetişmiş bir avakado satın aldığınız zaman harada saxlanılmasından asılı olmayaraq ömrü təxminən 10 gündür.

    8. SOĞAN
 Soğanların hava dövranı olan bir mühitdə saxlanılması əhəmiyyətlidir, ancaq soyuducuda belə bir mühit olmadığı üçün soğanlar sürətlə yumşalmağa başlayır və soyuq hava onların daha sürətli çürüməsinə səbəb olur.

    9. KARTOF
 Kartofları soyuducuda saxlamaq yerinə günəş almayan sərin bir yerdə saxlamaq daha doğru seçimdir. Soyuq hava kartofların daha sürətli xarab olmasına səbəb olur. Ayrıca soğan ilə kartofu eyni yerdə saxlamamağa diqqət edin. Bir-birlərinə təmas etmələri xarab olmalarına səbəb olacaqdır.