Zəkanın doğuşdan gəldiyinə və inkişaf edə bilmədiyinə dair ümumi bir mühakimə vardır, ancaq elmi araşdırmalar bu düşüncənin gerçək olmadığını söyləyir. Şərtlər yerinə yetirildiyi zaman zəka səviyyəsinin artdığı sübut edilmişdir. Hobbilər həyatımızın ayrılmaz parçasıdır. Onlar həyatımızı canlandırıb, həyəcan verməklə yanaşı, zəkamız üzərində də inanılmaz təsirləri vardır. Elmi təcrübələr və araşdırmalar zəka üzərində müsbət təsirləri olan 10 Hobbini təqdim edir.



1- Musiqi alətində ifa etmək

Musiqi dinləməyin və musiqi aləti çalmağın insanda hafizə tutumunu artırdığı sübut olunmuşdur. Musiqi aləti çalmaq zaman və səy tələb edir. Eyni zamanda bunun sayəsində səbri və əzmi öyrənirsiniz.


2- Oxumaq və daha çox oxumaq

Fantastika, bioqrafiya, antologiya kimi fərqli mövzularda çoxlu kitablar oxumaq zəka səviyyənizi artırmağa kömək edir. Bir çox mövzuda məlumat sahibi olarkən, eyni zamanda stressdən uzaqlaşırsız və fərqli duyğular yaşayırsınız. Bütün bunlar insanın özünü daha yaxşı hiss etməsini təmin edir.


3- Meditasiya etmək

Meditasiyanın insanın həyatındakı əhəmiyyəti müzakirə edilməzdir. Meditasiya insanın özünə fokuslanmasına və gerçək şəxsiyyətini öyrənməsinə kömək edir. Stress səviyyəsini aşağı salır və kiçik narahatlıqlardan xilas olmanızı təmin edir. Beyin düşünmək üçün və yeni şeylər öyrənmək üçün aydınlanır və daha təsirli çalışır.


4- Beyninizi işlətmək

Bədəniniz işlədikcə daha sağlam və daha mükəmməl görünürsə, beynin də istəyi bu istiqamətdədir. İşləyib formalaşmaq istəyir. Sudoku, puzzle, tapmacalar və müxtəlif oyunlarla beyninizi gümrah tutub, işlədə bilərsiniz.


5- Tez-tez məşq etmək

Atalarımız, “Sağlam bədəndə sağlam ruh olar” ifadəsini boşuna deməmişlər. Bədənimizdəki əzələlərin inkişafı üçün məşq etmək lazımdır. Nəticədə beyin də bədənimizdə olan bir əzələ.dir Nizamlı edilən məşqlər bədən qədər beyninizin inkişafına da təsir edər. Gərginliyi az və keyfiyyətli yatmanızı təmin edər. Bundan əlavə qan dövranının artması beyin funksiyalarına müsbət təsir edir.


6- Yeni bir dil öyrənmək

Yeni bir dil öyrənmək çətin ola bilər amma bir çox üstünlüyü vardır. Yeni sözlər, yeni qrammatika öyrənmək zəkanı artırır və beyin sağlamlığına müsbət təsir edir. Ayrıca şifahi-dil zəka səviyyəsi yüksək olan insanların, planlaşdırma, problem həll etmə, qərar vermə bacarıqlarının inkişaf etdiyi sübut edilmişdir.


7- Duyğuları yazıya tökmək

Yazmağın, ümumi zəka səviyyəsi artırmaqla yanaşı bir çox faydası vardır. Əvvəlcə dil biliklərini inkişaf etdirir. Eyni zamanda fokuslanma, yaradıcılıq, xəyal gücü, anlama və şərh etmə kimi bacarıqları da inkişaf etdirdiyi sübut edilmişdir. Yazarların zəka səviyyələrinin çox yüksək olduğu hər birimizə məlumdur.


8- Yeni yerlərə səyahət etmək

Səyahət etmək Facebook’dakı dostlar görsün deyə əlavə olunan fotoşəkillərdən çox fərqli bir şeydir. Səyahət insanlara yeni şeylər öyrənmək üçün imkanlar verir. Fərqli yeməklər, fərqli insanlar və mədəniyyətlər tanımaq zəkaya yüksək səviyyədə təsir edir.


9- Fərqli yemək növləri dadmaq

Yemək bişirməyi sadə bir şey zənn etməyin. Xüsusilə yaradıcılıq səviyyəsi yüksək olan aşbazların yeməklərini dadmaq mükəmməl bir təcrübə ola bilər. Keyfiyyətli qərarlar almaq, yeni şeylər sınamaq, bəzən risk almaq sürətli düşünmənizi təmin edir.


10- Aktiv idmanla məşğul olmaq

Daimi aktiv idmanlara qatılmaq yalnız bədəninizə deyil beyninizə də təsir edir. Beyni elastik hala gəlir və beyin sağlamlığını yaxşılaşır. İdman yarışlarını, idman fəaliyyətlərini izləmək belə beyin funksiyalarına təsir edir. Əgər qatıla bilməsəniz belə izləmək faydalı ola bilər.