1. Şefflera (Schfflera və ya Çətir ağacı) sözün əsl mənasında siqaret çəkilən otaqlar üçün yaradılıb. O, tütün tüstüsünün tərkibində olan nikotin və qətranı çox gözəl “həzm edir” və onları neytrallaşdırır.


2. Qızılı Stsindapsus (Epipremnum aureum və ya Potos) havanı benzoldan təmizləyir. Geniş yarpaqları çox sayda bu maddələrdən qəbul edir. O tez böyüyür və onu çox nadir hallarda suvarmaq olar.


3. Drasena (Dracaena) formaldehidi zərərsizləşdirir. Bu bitki boyalardan, yapışqanlardan və mebeldən minimal miqdarda yayılan formaldehidin zəhərli buxarlarını ləğv edir.


4. Xlorofitum (Chlorophytum) işlənmiş qazları tutur. Ona görə də əsasən bu bitkini birinci və ya ikinci mərtəbədə yaşayanlar saxlamalıdır.


5. Zərif Hamedoreya (Chamaedorea elegans və ya otaq palması) fəal şəkildə havanı nəmləndirir və plastikdən törənən maddələri filtrdan keçirir.


6. Sarmaşıq (Hedera helix)


7. Benjamin Fikusu (Ficus benjamin) havanın təmizlənməsi üzrə rekordçudular. Onlar, həmçinin formaldehid, benzol və ammonyak kimi çoxlu zəhərli maddələri canlarına çəkirlər. Fikus tozu özünə maqnit kimi çəkir.