Atası oğlunun qan bankından da qan alıb.Dünyanın ilk vampiri Türkiyədə yaşayır. Dünya tibb ədəbiyyatına “vampirizm” olaraq əlamətləri göstərən ilk fakt olaraq girən 23 yaşlı türk gəncin hekayəsi “Journal of Psychotherapy and Psychosomatics” jurnalında yer alıb.
Evli olduğu bildirilən gəncin qan içmək vərdişi üzündən bir neçə dəfə həbs edildiyi bildirilir. Adı açıqlanmayan gəncin həyatında üzləşdiyi bəzi travmalardan sonra qan içməyə başladığı deyilib. Bu vərdiş artıq onun üçün nəfəs almaq kimi bir ehtiyac halına gəlib.
Öncə özünü, sonra isə başqalarını yaralayaraq qanından istifadə edən gənc üçün atası son çarə olaraq qan bankından onun üçün qan alıb.
Ailəsinin həkimə apardığı gəncin şəxsiyyət problemi, travma sonrası stres, xroniki depresiya və spirtli içki aludəçisi olduğu, bunların nəticəsində də “vampir özəlliyi” göstərən ilk xəstə olduğu müəyyən edilib.
Araşdırma nəticəsində, 4 aylıq qızının öldüyü, əmisinin gözləri önündə öldürüldüyü, dostunun gözü önündə cinatə işlədiyini, anasının ona tez-tez hücum etdiyini, 5-11 yaş arasında heç bir şeyi xatırlamadığı anlaşılıb.