Həyatda sahib ola biləcəyiniz ən dəyərli şeylərdən biri bacı və yaxud qardaşınızdır desək, evin tək uşaqları tərəfindən çox tənqid olunmarıq deyə düşünürük, çünki onlar da bunun nə qədər qiymətli bir şey olduğunu bilirlər. 🙂 Qardaş/Bacı sevgisi, nə ana sevgisinə nə də ata sevgisinə bənzəyir. Onunla doğulduğunuz anda aranızdakı bağ qurulur və sonra nə olursa olsun qopmur… Balaca ikən dalaşsanız da, böyüdükdən sonra aranıza məsafələr girsə də heç bir şey ona olan sevginizi azaltmağa kifayət etmir və daim bilirsiniz ki, qardaşınızın/bacınızın yerini heç kim doldura bilməyəcək.


Bir qardaşa/bacıya sahib olmaq bu qədər bənzərsiz bir duyğu ikən, bir qız üçün qardaşa sahib olmaq tam fərqli bir duyğudur. Qardaşınız varsa, həyatınızda sizi qarşılıqsız sevən kişi yalnız atanız deyil artıq… Hətta yeri gəlsə atanızın yerini belə alır bu sıralamada. Balaca bir uşaqkən sahiblənməyin nə olduğunu belə bilmədən başlayır sizi qorumağa…. Və həyat boyu onun dəstəyini arxanızda hiss edirsiniz. Bilirsiniz ki, həyatınız boyu əsla yalnız qalmayacaqsınız. Bacı-qardaş münasibətləri hər bir ailədə fərqli olsa da, hər bir qız bir qardaşa sahib olduğu üçün nə qədər şanslı olduğunu bilir. Ya da bu yazını oxuduqdan sonra siz qərar verin, bunun bir şans olub olmadığına… 🙂


1. Ciddi bir yaş fərqiniz yoxdursa, həyatınızın müəyyən bir dövründə mütləq eyni məktəbdə oxuyursunuz və digər uşaqlara qarşı daim birlikdə olursunuz.



2. Bacısı olaraq evdə daim qardaşınızın arxasından təmizlik işləri görürsünüz.



3. Qardaşınız sizi ana və atanıza qarşı hər zaman qoruyur, hətta yeri gəldiyi zaman günahı öz üzərinə belə götürür.



4. Yaşadığınız hər şeyi sizdən əvvəl yaşadığı üçün, ayağınıza ilişəcək daşı siz ilişmədən oradan götürür.



5. Balaca ikən ananız işləyirsə, sizə qardaşınız yemək hazırlayır. 🙂



6. Ən əhəmiyyətli sınaqlarda qardaşınız daim yanınızdadır.



7. Və nə olursa olsun qorunduğunuzu bilirsiniz.



8. İlk sevginizin, qardaşınızın yaraşıqlı dostları arasından olma ehtimalı da çox yüksəkdir. 🙂



9. Gecələr qorxduğunuz zaman, ana-atanızın yanına qaçmağa gərək qalmadan qardaşınızın etibarlı qollarına sığına bilərsiniz.



10. İdealınız qardaşınızdır və qarşınıza çıxan hər kişini onunla müqayisə edərsiniz.



11. Uşaqlıqda oyun yoldaşınız o olduğu üçün, futbol oynamağı və döyüşməyi yaxşı bilirsiniz.



12. Uşaqlıqda qardaşınız tərəfindən məruz qaldığınız işgəncələr sayəsində, böyüdüyünüz zaman güclü biri olarsınız.



13. Qardaşınızın yetkinlik, yetkinləşmə kimi proseslərinə yaxından şahid olduğunuz üçün digər kişiləri daha yaxşı tanıyarsınız.



14. Aranızdakı məsafələr daim dəyişsə də aranızdakı dəyişməyən tək şey sevgi bağınız olacaqdır.