“Çovdarlıqda uçurumdan qoruyan” J. D. Salinger tərəfindən yazılan, “Müasir ədəbiyyatın şahəsəri” olaraq adlandırılan bir romandır. Әn çox oxunan kitablar siyahısında olan bu kitabı oxumusunuzsa çox sevmiş, oxumasanız belə adını çox tez-tez eşitmisiniz. 17 yaşlı Holden’in yaşadıqlarında bəhs edən “Çovdarlıqda uçurumdan qoruyan” kitabında bəlkə də çox dərin öyüdlərə rastlamazsınız, amma kitabda elə gözəl cümlələr var ki, oxuduqca hər biri beyninizə həkk olunur. Uşaqlığımıza dair unutmadığımız bu kitabın içindən beynimizə həkk olunmuş o cümlələr…

Hərəsinin yetmiş, yetmişdən çox yaşı olardı. Bir ayaqları gorda olsa da, hələ də həyatdan doymamışdılar.

***

– Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir. Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən, bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də.

***

Başımı buladım. Özü də lap çox buladım. Artıq vərdiş eləmişəm. Səbəbi də budur ki, söz ehtiyatım zəifdir. Bir səbəbi də budur ki, yaşım artsa da, ağlım artmayıb.

***

Başımı buladım. Özü də lap çox buladım. Artıq vərdiş eləmişəm. Səbəbi də budur ki, söz ehtiyatım zəifdir. Bir səbəbi də budur ki, yaşım artsa da, ağlım artmayıb.

***

Camaata həmişə elə gəlir ki, hər şeyi düz bilirlər. Bu, mənim vecimə də deyil, ancaq onlar mənə: “Yekə oğlansan, uşaqlıq eləmə,” – deyəndə xətrimə dəyir. Bəzən isə özüm qəsdən yaşımdan böyük görünmək istəyirəm, – ciddi sözümdü, – amma nədənsə heç kəsin gözü bunu görmür. Bu camaat heç vaxt yaxşı şeyi görmək istəmir.
Bu, camaatın qanındadır, elə ki, onların dedikləri ilə dərhal razılaşdın, onu iki dəfə təkrar etməkdən ləzzət alırlar.

***

– Doğrudanmı, sən öz gələcəyin barədə heç nə fikirləşmirsən?
– Niyə ki aradabir fikirləşirəm. Əlbəttə, fikirləşirəm. – Bir anlığa bu barədə fikrə getdim. – Ancaq o qədər yox. O qədər də yox, məncə.
– Fikirləşəcəksən! – Qoca Spenser hökm verdi. –Hökmən, fikirləşəcəksən. Ancaq onda çox gec olacaq.

***

Mənə ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim.

***

Özünə bu cür sığal çəkməyinin bir səbəbi vardı, dəhşətli dərəcədə özünə məftun adamdı. Bu fikirdəydi ki, bütün Qərb yarımkürəsində onun qədər gözəl oğlan yoxdu.

***

Ömrümdə ikicə dəfə dava eləmişəm, ikisində də döyülmüşəm.

***

Birdən-birə özümü yazıq və tənha hiss elədim. Bundansa, ölmək yaxşıydı.

***

Qorxma, burada yatan deyiləm. Sənin bu nəcib qonaqpərvərliyinə xələl gətirmərəm.

***

Səfeh adamla, gərək, səfeh dilində danışasan.

***

Qızların hamısı belədir, onlardan baş çıxarmaq olmur. Hər dəfə elə bir qəşəng hərəkət eləyirlər ki, sir-sifətdən eybəcər, başdan bir az xarab olsalar da, az qalırsan, onlara eşq elan eləyəsən.

***

Adamı bu cür aldatmaq heç yaxşı deyil. O, buna layiq olsa belə.

***

Hətta bir dəfə az qalmışdı qısametrajlı filmə də çəkiləm, amma son anda razılıq vermədim. Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət eləyən bir adam da kinoya çəkilməyə razılıq verərsə, dünyada bundan eybəcər ikiüzlülük olmaz.

***

O qızdan ki, həqiqətən, bir balaca xoşum gəlir, ona çox girişə bilmirəm.

***

Ceynlə bir yerdə olanda əlimin tərləyib-tərləməməyi də vecimə deyildi. Bir onu bilirdim ki, xoşbəxtəm. Xoşbəxtəm, vəssalam.

***

Çünki həmişə kiməsə “Sizinlə tanış olduğuma çox şadam” desəm də, əslində, buna şad-mad ola bilmirəm. Amma çarə nədir, bu insan deyilən məxluqla bir yerdə yaşamaq istəyirsənsə, gərək, belə deyəsən.

***

Ona görə piyada qayıtmadım ki, könlümə gəzmək-zad düşmüşdü. Yox, sadəcə, taksilərə minib-düşməkdən bezmişdim. Bəzən adam liftə girib-çıxmaqdan necə bezirsə, taksiyə minib düşməkdən də o cür bezir, istəyirsən öz ayağınla gedəsən, – yolun nə qədər uzaq və ya yoxuş olsa da.

***

Elə şeylər var ki, onlar necə var, elə qalsa, yaxşıdır. Onları da iri bir şüşə vitrinə qoyub birdəfəlik olduğu kimi saxlasaydılar, çox yaxşı olardı. Özüm də bilirəm, bu mümkün olan iş deyil, amma elə bədbəxtçilik də bundadır.

***

Guya, qızlar görüşə gecikəndə tində gözləyən oğlanlar qəzəbdən dil-dodaqlarını gəmirirlər, onlara inanmayın, başdan-ayağa cəfəngiyatdır. Əgər qız qəşəngdirsə, o gəlib çıxandan sonra gecikdiyi kimin yadına düşür? Heç kimin.

***

Bilirsiz, bir adam bir işi həddən artıq gözəl bilirsə, o işi görəndə hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa. Bununla da hər şey korlanır.

***

Əzələ çox, ağıl yox.

***

Məsələ ondadır ki, bu qızların bir oğlan xoşuna gəldi, qurtardı getdi, istəyir o milyon qat əclaf olsun, yenə də deyəcəklər ki, onda utancaqlıq kompleksi var. Yox, əgər xoşları gəlmirsə, o oğlan nə qədər yaxşı, nə qədər utancaq olsa da, dəxli yoxdur, yenə də deyəcəklər ki, ondan yekəxanası yoxdur. Hətta ağıllı qızlar da belədir.

***

Bu savadlıların hamısı belədir. Kefləri olmayanda, adamla bir kəlmə də ciddi şeydən söhbət eləmək istəməzlər.

***

Ancaq hələ də ümidvaram ki, mən öləndə, ağıllı bir adam tapılacaq və mənim cəsədimi götürüb, çaya-zada tullayacaq. Hara olur-olsun, yalnız bu andıra qalmış qəbiristanlıqdan başqa. Yoxsa, sənin qarnının üstünə gül-çiçək qoymaq üçün hər bazar tökülüb bura gələcəklər. Cəfəng-cəfəng şeylər danışacaqlar. Öləndən sonra gül-çiçək kimin nəyinə lazımdır? Heç kimin.

***

Atamın başına stulu da vursaydın oyanan deyildi, amma anam dəhşətdir, lap gedib Sibirdə də öskürsən, o, bunu burada eşidəcək.

***

Allahın vəzifəsini həkim öz boynuna götürməməlidir.

***

Sən deyəni dinləyirlərsə, elə bu da qənimətdir.

***

Evdən xəlvət çıxmaq, ora xəlvət girməkdən çox asandır.