Bəli, keçmişi dəyişə bilmərik amma arxada qalan hadisələrə baxaraq, onaları doğru təhlil edərək gələcəyi formalaşdıra və oxşar ağrı, acıları bir daha yaşamaya bilərik. Ona görə bununla bağlı özümün də istifadə etdiyim bəzi fikirləri sizinlə bölüşmək istədim.
- Keçən il yaşadığınız hadisləri yazın
Bunu bir vərəqi iki hissəyə ayıraraq bir tərəfə müsbətləri digər tərəfə isə mənfiləri yazaraq hesablaya bilərsiniz. Hərəsinin altına da o hadisənin baş vermə səbəblərini yazmağı unutmayın, çünki bu onları dəyərləndirməyə sizə kömək edəcək.
- Ətrafınızda olan insanların münasibətlərini dəqiqləşdirin
Sizin hər insanla yaxın münasibətinizin olması ehtimalı çox aşağıdır. Bəzi insanlar sizə dost, bəziləri tanış, bəziləri isə qohum-qonşu münasibəti bəsləyir. Sizin dost dediyiniz insan bəlkə də sizinlə tanış münasibəti saxlayır. Bunları dəqiqləşdirmək və sonradan incinməmək üçün ən yaxınınızdan uzaq münasibət qurduğunuz adama kimi onlarla münasibətinizi müzakirə edin.
- İncitdiyiniz və sevindirdiyiniz insanları hesablayın
İstəyərək və ya istəmədən kimisə incitmiş ola bilərsiniz. Bu hərəkətləri nə üçün etdiyinizi ətraflı düşünün və nəticələrinin sizə müsbət və ya mənfi təsir etdiyini meydana çıxarın, amma bunu edərkən bu hərəkətlərə məruz qalan insanı da birlikdə hesablayın.
- Dəyərsiz insanları həyatınızdan çıxarın
Yaşamını hərhansı prinsiplərə dayandırmayan, həyatını inşa etməyə mənbəsi olmayan, əxlaqdan, tərbiyədən, etik qaydalardan qidalanmayan insanlar sizin və bizim bu günümüz və gələcəyimiz üçün təhlükə və lazımsız yükdür. Çalışın onlara nəyisə çatdırasınız amma buna yanaşmırlarsa tez ordan uzaqlaşın.
- Dostlarınızı yaşamınızdan silin
Təbii ki burda dost məfhumunu anlayan, sizə qarşı vəzifələrini və məsuliyyətlərini bilən, sizi daim diqqətdə saxlayan, sizinlə 7 gün 24 saat prinsipiylə dostluq edən insanlardan söhbət getmir. O insanlardan və ya dostlardan danışırıq ki, onlar sizinlə boş vaxtlarında məşğul olur (bəzən heç onda da olmur), sizinlə görüşəndə ya telefonla oynayır ya da yaşamdan başqa hər şey haqqında sizinlə söhbət kimi bir şey edir, sizin yaşamınızın, düşüncələrinizin və prinsiplərinizin dostu deyil, sizi olduğunuz kimi qəbul etmir. Bu tip dostlarınız varsa onları keçən ildə qoyun və özünüzə həqiqi dost tapmağa başlayın.
- Kefinizi pozan insanları diqqətə layiq görməyin
Sizi incidən, həmişə kefinizi pozan, sizi işlərinizdə təşviq etməyən, həyatda dəstəkləməyən – bir sözlə sizi həyəcanlandırmayan insanlara diqqət yetirməyin.
- Həyatınızın dostu olan insanları qoruyun
Sizin düşünərək rahat və xoşbəxt olduğunuz, yanında olarkən sakitlik tapdığınız, ruhunuzu qidalandıran, sizi incitməkdən dəlicəsinə qorxan, sizin fikirlərinizə və yaşamınıza dəyər verən və həyatı birlikdə addımlamaqdan zövq aldığınız dostları, insanları yaşamınız boyunca qoruyun onlara ehtiyatlı davranın, çünki hər an onları itirə bilərsiniz və bunun təzminatı heç bir maddiyatla ödənə bilməz.
Ətrafınızda həqiqi dostun olması ümidi ilə…