Pişiklər ən çox yayılmış ev “şəfavericilərindən” sayılırlar. Əgər onlar sahibləri ilə etibarlı münasibət qura bilirlərsə, öz sahiblərinin xəstə yerlərini tapıb,onları müalicə edirlər. Onlar bu yerə uzanıb, mırıldayırlar və öz istiləri ilə onu qızdırırlar, sonra isə ağrı geri çəkilir. Pişik ciddi vəziyyət olduğunda bir neçə saat xəstənin yanından ayrılmaya bilər. Statistika göstərir ki, pişik həvəskarları pişikləri olmayanlara nisbətən həkimlərə 5 dəfə daha az müraciət edirlər.
1. Ürək-damar xəstəlikləri zaman
Pişiklərin ürək tutmasından və hipertonik krizdən insanları xilas etməkləri barədə bir çox əhvalatlar məlumdur. Hətta pişik infarkt ehtimalı barədə xəbərdar ola bilər.
Pişik evdə təkrar miokard infarktının riskini azaldır.Halı pisləşmiş insan bir neçə dəqiqə ərzində pişiyi sığallayarsa bu onun təzyiqini və nəbzini normallaşdırır.
2. Mədə-bağırsaq traktının xəstəlikləri zamanı
Pişikləri tumarlamaq həzm üçün də faydalıdır. Qısayunlu və ya yunsuz pişiklər (sfinkslər, siam, oriyental, abbisin,tonkin,koratlar, misir mauları və s) adətən sidik-cinsiyyət və mədə-bağırsaq sisteminin xəstəliklərini digər pişik növlərinə nisbətən daha yaxşı müalicə edirlər.
3. Stress və yorğunluq zamanı
Pişiklər nəbzi normallaşdırmaq, yorğunluğu, stressi, miqreni aradan qaldırmaq və təzyiqi aşağı çəkə bilmək qabilliyətinə malikdirlər. Uzunyunlu pişiklər – anqor, sibir, birma, norveç, fars, meşə pişiyi əla psixoterapevt və nevropatoloq hesab olunurlar və əsəbilikdən, depressiyadan, yuxusuzluqdan əziyyət çəkən insanlara çox böyük dəstək olurlar. Qara pişiklər insanlardan mənfi enerjini digər rənklərdə olan pişiklərə nisbətən iki dəfə artıq götürürlər. Sarışın pişiklər özləri insana müsbət enerji verirlər. Krem rənkli pişiklər energetikamızı “tonnlaşdırırlar”, boz-mavi olanlar isə bizi sakitləşdirirlər. Ağ pişiklər isə göstəricilərinə görə tayı-bərabəri olmayan həkimlər kimi tanınırlar.
4. İmmunitetin artırılması üçün
Əgər gündə 4-16 Gz tezliyində pişik zümzüməsini dinləsəniz bu sizin immunitetinizə müsbət təsir göstərəcək. Alimlərin fikrincə , pişiklərin xoruldaması yaraların sağalmasını və sümüklərin artımını və həmçinin onların möhkəmlənməsini tezləşdirən ultrasəsli müalicəyə oxşayır. Fars pişikləri osteoxondrozun əlamətlərini və oynaqlarda olan ağrıları yüngülləşdirə bilirlər.
5. Həyat davamlılığını artırmaq üçün
Gerontologiya institutunun alimləri pişiklərin onların sahiblərinin uzunömürlü olmaqlarına göstərdikləri təsiri araşdırıb və belə nəticəyə gəliblər ki, evlərində pişik saxlayan insanlar orta hesabla digər insanlara nisbətən 10.3 il çox yaşayırlar. Pişik saxlayan insanların qan təzyiqi göstəriciləri daha yaxşı olmuşdur və qanlarında olan xolesterin aşağı miqdarda çıxmışdır.
6. İynəterapiyası edən pişiklər
Pişiklər bəzən “iynəterapevti” rolunda çıxış edə bilərlər: onlar öz sahiblərinin üzərinə çıxaraq əsl iynəterapiyasında olduğu kimi öz caynaqlarını buraxaraq bəzi refleks bölgələrini qıcığlandırırlar. Bu müalicə üsulu xalq təbabətində çoxdan istifadə olunur.
7. Pişiklər – enerji cihazı
Bioenergetiklər hesab edirlər ki, pişiklər əsl enerji cihazıdır. Onların fikrincə, əgər pişik tez-tez sahibinin başında əyləşirsə yəqin ki həmin insanda hipertoniya və ya baş ağrılarına meyl var. Əgər sevimlisi sol çiynində əyləşirsə, bu ürəklə bağlı problemlərin olmasına işarədir. Pişik beli üzərində uzanırsa bunun səbəbi böyrək problemlərini “hiss etməsidir”, əyər pişik ayağları üzərində uzanırsa – ev sahibinin təzyiqi aşağıdır və ya tez-tez soyuqdəymədən əziyyət çəkir.