Down sindromlu gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədi ilə bir-birindən gözəl layihələr həyata keçirilir. Bunun son nümunəsi isə Bornova Bələdiyyəsi, Ege Universiteti və Milli Down Sindromu Dərnəyinin əməkdaşlıqla həyata keçirmiş olduğu ”+1 down kafe”dir.
Bu layihənin xüsusiyyəti 18 yaşı bitmiş və qanuni iş haqqları daşıyan down sindromlu gənclərə, iş imkanını verməsindən və eyni zamanda bu gənclərin ictimai həyata uyğunlaşmasını təmin etməkdən ibarətdir. Ege Universitetinin də əməkdaşlıq etdiyi bu layihədə ” Cəmiyyətə Xidmət proqramları ” dərsi alan və könüllü olan bütün tələbələr, bu layihənin bir hissəsi halına gələrək kafelərdə çalışan gənclərə dəstək olurlar.
Əgər yolunuz Bornovaya düşsə yaşıllıqlar içindəki “+1 Down kafe”sini də ziyarət etmənizi təklif edirik. Әminik ki, siz də çox xoşbəxt olacaqsınız, çünki belə gözəlliklər qarşısında kim xoşbəxt olmaz ki?..
Bir çox təşkilatın əməkdaşlıq etdiyi belə gözəl ictimai layihələrin nümunə olması və daha da çoxalması ümidiylə +1 fərqlə… 🙂