Polşada yerləşən və 400-ə yaxın şam ağaclarından ibarət bu meşə “Bükülü Meşə” olaraq da tanınır. Bura haqqında Avropadakı ən qəribə yerlərdən biri deyə bilərik, çünki aşağıda görəcəyiniz kimi ağacların gövdələri torpağın üstündə bir “S” şəkli çəkərək yüksəlir. Daha da maraqlısı odur ki, bütün ağacların bükülmə istiqaməti şimaldır! Bu ağacların bu şəkildə olmağının səbəbi bilinmir; kimisi “cadudan”, kimisi “enerji sahələri” ndan bəhs edir. Bir qrup insan isə düşünür ki, bu ağacları keçmiş zamanlarda insanlar fidankən irəlidə gəmi, çəllək və s. etmək üçün belə yetişdirmişlər. Gerçək səbəb nə olursa olsun bu ağacların varlığından xəbərdar olmamızı təmin edən Kilian Schönberger’e təşəkkür etmək lazımdır. 🙂


Kilian Schönberger’in rəsmi veb saytı: