Dünyanın fərqli nöqtələrindən bir qrup istedadlı sənətçi bir araya gələrək “The Monster Project” (“Canavar Layihəsi”) “ni ortaya çıxardı. Layihə, ibtidai məktəb çağındakı şagirdlərə yaradıcılığın və xəyal gücünün əhəmiyyətini öyrətməyi hədəfləyir. Bunu da belə edir: Uşaqların çəkdikləri rəsmlər usta qələmlər tərəfindən, öz tərzlərində yenidən çəkilir. Orijinal illüstrasiyalar və sonrasında edilənlər bir araya gətirilir və Kickstarter’da maliyyələşən layihə çərçivəsində kitablar hazırlanır. Online mühitə də daşınılması istənilən layihə vasitəsilə daha çox məktəbliyə çatmağı hədəfləyirlər.
Layihə sahibləri işləriylə əlaqədar bunları söyləyir: Məktəblərdə sənətə olan marağın azalmasıyla bir çox uşaq yaradıcı tərəflərini kəşf edə bilmir. Bu bizim görmək istədiyimiz bir vəziyyətdir. Bizlər, rəssamlar olaraq yaradıcı proseslərin uşaqların gələcəyini necə dəyişə biləcəyinin fərqindəyik. Uşaqlarla birlikdə çalışaraq və onların işlərindən ilham alaraq yenə onların öz fikirlərinə dəyər vermələrini təmin etmək istəyirik. Etiraf edək ki, bu iş yalnız uşaqlar üçün deyil. Başqasının başında bir şimşək çaxmasına səbəb olmaq nə qədər gözəl bir fürsətdir. Xüsusilə də bir uşağın fantastik, qeyri-adi düşüncələrini formalaşdırmaq… Bu inanılmaz bir fürsətdir.