Ata olmaq nə deməkdir, bilirsinizmi?..
– Övladının ilk addımını gördüyündə, Aya ilk ayaq basan insanın sevincindən daha çox sevinc yaşamaq deməkdir…
– Övladınız dil açarkən ağzından çıxacaq ilk sözü qaçırmamaq üçün, davamlı yanında olmağa çalışmaq deməkdir…
– Övladının gözündə həyat yoldaşını, həyat yoldaşının gözündə övladını görmək deməkdir…
– Riyaziyyat elminə inad, 1+1-in 3 etməsi, 4 etməsi, 5 etməsi deməkdir…
– Ata olmaq böyümək deməkdir, dostlar…
Və ən nəhayət, “Ata olmaq, bir balacanın qəhrəmanı olmaq” deməkdir…
Birinci yer
İkinci yer
Üçüncü yer
Bir-birindən sevimli körpələrin və atalarının iştirak etdiyi “Ata olmaq, bir balacanın qəhrəmanı olmaqdır” adlı müsabiqəmiz nəhayət ki, sona çatdı. Yarışmaya qatılan sevincini, xatirəsini, təbəssümünü bizimlə paylaşan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirik.. 🙂
“Ata qızını hər şeydən, hər təhlükədən qoruyan insandır. Bu şəkildə qız qalasında yıxılmaq qorxurdum. Atam da məni bərk-bərk qucaqlamış, mən də yaxasından tutmuşdum . Allah bütün valideynlərə rəhmət etsin, mənim də atama. Qalanlara can sağlığı versin. O mənim hər zaman ən böyük qəhramanım olacaq…”
Qeyd: Müsabiqəmizə uyğun yüzlərlə foto, onlarla video göndərilmişdir. Postda sadəcə ilk 3 şəkil sıralaması ilə düzülüb, aşağıdakı şəkillər içlərindən seçilmişlərdir…
Və müsabiqəmizi izləyicilərimizdən birinin bu fikirləri ilə tamamlayırıq.. “Bu şəklin mənası ‘ən güclü balacadır’. Çünki, kürəyində atasının, atasının kürəyində də babasının əli var…”