Amerikaya gələn immiqrant ailələrinin uşaqlarının sürətli İngilis dili öyrənərək həyata adaptasiya ola bilmələri üçün çox gözəl bir layihə yaradılmışdır. Belə ailələrin uşaqlarının müvəffəqiyyətli təhsil həyatı üçün yeni ölkələrinə sürətlə uyğunlaşmasını təmin etmək onlar üçün olduqca əhəmiyyətlidir. Bu nöqtədəki ən böyük maneə İngilis dili bilgisizliyidir. Bu uşaqların bol-bol danışaraq İngilis dili təcrübəsi qazanması lazımdır; amma lağa qoyulmaq qorxusuyla bunu edə bilmirlər.
Bundan əlavə İngilis dili öyrənmək üçün tətbiq edilən digər üsulların da uğurlu olmadığı görülür. Bu səbəblər görə alternativ bir üsula ehtiyacı duyulduğuna qərar verilmiş və bu proqram yaradılmışdır. Qeyd edək ki, bu, məktəb yerini alan bir proqram deyil…
Bu proqramda uşaqlar rəqs edərək İngilis öyrənirlər! Daha doğrusu proqramda oxuma və yazma 50%, rəqs etmə 50% paya sahibdir. Hər seans bir hekayəni izah etmə məşqləriylə başlanır. Uşaqlar hekayələr oxuyub yazırlar. Daha sonra isə bu hekayələri rəqs edərək izah edirlər.
Program çox müvəffəqiyyətli olmuşdur. Səbəbi isə sadədir: Uşaqlar rəqs etməyi çox sevirlər. Rəqs edə bilmələri üçün də İngilis dilini yaxşı öyrənmələri lazımdır :)) Bu layihənin bu qədər müvəffəqiyyətli olması o qədər də təəccüblü deyil. Özünüzü kiçik bir uşağın yerinə qoyun: Bir sırada saatlarla oturub darıxdırıcı imtahanlara girərəkmi dil öyrənmək istəyərsiniz, rəqs edərəkmi?