Bu gecə 3 yaşındakı övladımla yatmadan əvvəl çox gözəl bir söhbətimiz oldu. Hətta ümumiyyətlə hər gecə yatmadan əvvəl onunla çox gözəl söhbət edirik. Sizinlə bu söhbətimizi paylaşmaq istədim. Üstəlik bu söhbətlərin münasibətlərimiz üçün də əhəmiyyətli olduğunu düşünürəm. Yuxu rutinimizin bir hissəsi olaraq Charbel’dən hər gecə aşağıdakı 3 sualı soruşuram:
Bu gün səni gülümsədən nə oldu?
Bu gün səni üzən nə oldu?
Bu gün öyrəndiyin şey nə idi?
Bu üç sual ilə övladlarım hər axşam ürəklərini mənə açır, gün içində sevdikləri şeyləri xatırladıqlarında gülür, onları üzən bir şeyi izah edərkən ciddiləşir, mənə öyrəndikləri bir şeyi izah edərkən isə qürur hissi duyurlar.
Əslində bu çox sadə bir söhbətdir, amma bir çox məqsədi var:
Bu sayədə övladlarımıza necə ünsiyyət quracaqlarını öyrədirik. 2 yaşındakı oğlum hələ yeni-yeni bu söhbətlərə daxil olur amma Charbel’lə danışarkən bizi dinləyərək ünsiyyəti öyrənir. Paylaşmaq bizim ailəmiz üçün olduqca vacibdir. Çünki, uşaqlarımız böyüdükdən sonra da çətinlik çəkdikləri anlarda, ağlayacaq bir çiyinə ehtiyac duyduqları zamanlarda, müvəffəqiyyətlərini paylaşmaq istədikdə rahatca bizimlə bölüşmələrini istəyirik. Bu çox rahat olan bir şey deyil. Ona görə çox kiçik yaşlardan uşaqlarımıza bu şəkildə güvən duyğusu verməliyik.
Bu suallar ilə bir ana olaraq uşağımın gözündən gününü öyrənə bilirəm. Bəzən heç gözləmədiyim bir şeyi gündəmə gətirir və ya nə hiss etdiyini paylaşır. Uşağımın həyat boyu öyrənən biri olması üçün də bu suallar alternativ bir yoldur. Bu sayədə ona mənfi təcrübələrin belə (onu üzən hadisələr) mənfi olmadığını öyrətmək üçün bir fürsət olur. Səhvlər etmək normaldır, amma onlardan öyrəndiklərimiz çox qiymətlidir.
Charbel düşünələrini və duyğularını şifahi olaraq ifadə etməyi çox sevir. Bu anlar bizi bir-birimizə daha da yaxınlaşdırır. Hətta dünən axşam öz suallarını cavablandırdıqdan sonra mənə baxdı “Ana, sıra səndədir! Bu gün səni nə xoşbəxt etdi?” dedi. Mənə elə gəlir ki, söhbətlərimiz artıq iki tərəfli davam edəcəkdir.. Əgər buna bənzər bir rutininiz yoxdursa, şiddətlə bu sualları həyatınıza daxil etmənizi təklif edərəm. Bu söhbətlər uşaqlarım ilə keçirdiyim ən sevdiyim anlardır, çünki həqiqətən ünsiyyət qurmağımıza kömək olur.
Mənbə: Ellen Mady