Tillie və Phoebe adlı itlər bir gün itirlər. Onları yaşadıqları ərazidə axtaran sahibinin 5-ci günün sonunda səyləri nəticəsiz qalınca Facebookdakı insanlardan kömək istəyir. Facebookdakı bu paylaşımdan sonra bir cütçü, Tillie’ye bənzər bir iti öz evinin yaxınlığında gördüyünü, kömək istər kimi bir halı olduğunu söyləyir.
Bu məlumatdan dərhal sonra o bölgəni araşdıracaq bir qrup qururlar və yola düşürlər. Axtarış uğurlu nəticə verir və Tillie’ni tapırlar. Tillie sahibini görüncə hər zaman etdiyini etmir, yəni sahibinin yanına qaçaraq getmir. Bunun yerinə olduğu yerdə – bir quyunun kənarında gözləməyə davam edir. Qrup Tillie’nin yanına getdiyi zaman Phoebe’ni quyuya düşdüyünü görür.
Ortaya çıxan mənzərə isə budur: Phoebe quyuya düşmüş və çıxmağı bacarmamışdır. Tillie isə bir həftə ərzində Phoebe’ni bu vəziyyətdə yalnız buraxmamışdır. Bəzən yanından ayrılaraq ətrafdakı fermaların yaxınlarına gedərək dərdini izah etməyə, Phoebe’yə kömək gətirməyə çalışmışdır. Fermerlər Tillie’nin niyyətini anlaya bilməmiş olsalar da, ən azından bu davranışı sahibinin onları tapmasına şərait yaratmışdır.
İtlərin hər ikisinin də sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu öyrənmək də bu “şirin” hekayənin ən sevindirici hissəsi olsun.. ^_^