Aşağıdakı fotoşəkillər ABŞ-ın Vaşinqton əyalətindəki VASHON adasında yerləşən, “Garage” (Garaj) adı verilən mükafat qazanmış bir layihəyə aiddir. Bu layihə adını, 2-ci Dünya Müharibəsi vaxtında tikilən və həqiqətən qaraj olan köhnə binasından alır.
Yeni məkanda xüsusilə şüşənin çox gözəl şəkildə istifadə edildiyini düşünürük. 4 divarın da şüşə olması, məkanın həm işıq almasına, həm də 360 dərəcə mənzərəyə sahib olmasına şərait yaradır. İçi minimalist bir şəkildə hazırlanmış evdə heç bir əşya olmadığını görürük.
Fotoşəkillərdən də görəcəyiniz kimi bu ev bir çox insanın sevdiyi tərzdə: Kiçik, minimalist, gözəl mənzərəli, təbiətlə iç-içə şəkildə dizayn edilmişdir.