Cafe Art (yəni Kafe İncəsənət), İngiltərədə yerləşən bir qeyri-hökumət təşkilatıdır. 2012-ci ildə qurulan bu təşkilat, evsizlərin özlərini sənət yolu ilə ifadə edə bilmələrinə, cəmiyyətlə ünsiyyət qura bilmələrinə imkan yaradır. Evsizlər tərəfindən ortaya çıxan sənət əsərləri isə müxtəlif kafelərdə satılmaq məqsədi ilə sərgilənir, əldə edilən gəlirlər tamamilə bu sənətçilərə xərclənir.
Zənnimizcə bu cəhd, evsizlərə köməkçi olan digərlərindən dəqiq bir şəkildə ayrılır: Onlara yalnız “mərhəmət göstərək” pul vermək yerinə onları bir şeylər ortaya çıxarmaq üçün motivasiya edir, ortaya çıxan əsərləri kütlələrə tanıdır, cəmiyyətin onların işlərinə hörmət duymalarına imkan verir və pul qazanmalarını təmin edirlər.
Cafe Artin ən əhəmiyyətli fəaliyyətlərindən biri də budur: Hər il evsizlərin qatıldığı bir fotoqrafiya yarışması təşkil edirlər. Bu yarışmanın əhəmiyyəti və detalları, qalib fotoşəkillərlə birlikdə aşağıdadır…
Cafe Art, İyul ayında Londondakı 100 evsizə foto kameralar paylamışdır.
Bu kəslərin Royal Photographic Society adlı fotoqrafiya dərnəyindən də təməl fotoqrafiya təhsili almaları təmin edilmişdir.
Sonrasında da “My London” (Mənim Londonum) mövzulu şəkillər çəkmələri istənilmişdir.
Müddətin sonunda 100 kameradan 80 dənəsi geri dönmüşdür.
Bunlarla çəkilən 2.500 fotoşəkil mütəxəssislər tərəfindən qiymətləndirilərək içlərindən 20-si, sonra isə xalq səsverməsi ilə 13 dənəsi seçilmişdir.
İndi bu fotoşəkillərin yer alacağı 2016-ci ilin təqvimi çap olunur.
Sonra bu təqvimlər satılacaq və əldə ediləcək gəlir evsizlərə paylanacaqdır.
Bu layihənin evsizlər üzərində çox müsbət təsirləri var: Təqdir edilirlər, özlərinə inam qazanırlar, qazanc əldə edirlər, içində olduqları cəmiyyətin bir parçası olduqlarını hiss edirlər.
Cafe Art qurucularından Paul Ryan belə deyir:
“Bu işi edirik; çünki insanların həyatlarında bir fərqlilik yaratmaqdan xoşbəxt oluruq …
… Çəkilən fotoşəkillər gözəldirlər; ancaq onları çəkən insanların həyatlarındakı dəyişikliklərə şahid olmaq daha çox gözəldir. “
İndi qapaq fotoşəkili və hər ay üçün bir fotoşəkildən ibarət təqvimin nəşr xərcləri üçün Kickstarter’da pul toplanır.
Nə gözəl ki, yardımsevərlər tələb edilənin 3 qatını aşacaq şəkildə pul toplamağa nail olmuşlar …
Onları evsiz və çarəsiz qəbul etmək yerinə onları bir şeylər istehsal etməyə motivasiya edən, onlara özünə inam qazandıran və pul qazanmalarını təmin edən bu cür layihələrin ölkəmizdəki yardımsevər təşkilatlar tərəfindən də nümunə alınaraq, həyat keçirilməsinin lazımlı olduğunu düşünürük.