Şayen Rey Ounsbi sağlam uşaq kimi dünyaya gəlib. Şayen yenicə boşanmış anası ilə xoşbəxt həyat yaşayırdı, lakin günlərin bir günü 8 aylıq qızcığazı atası ilə birgə qoyanda faciə baş verir.

    Valideynləri boşandıqdan sonra körpə Şayen anası ilə yaşayırdı, lakin həftədə bir dəfə atası onu gəlib öz evinə aparırdı və qızcığaz atası ilə gün keçirirdi. Sonuncu görüşmədən 1 saat sonra Şayenin anasına zəng gəlir və qızının ölümcül vəziyyətdə xəstaxanaya çatdırıldığı xəbər verilir.

http://imageshack.com/a/img537/9923/Bd0WfI.jpg

Sonradan məlum olur ki, atası ilə təkbətək qalan qızcığaz ağlamağa başlayıb. Uşağın səsinə əsəbiləşən ata hirsindən körpəni var gücü ilə silkələməyə başlayıb. Nəticədə körpə nəinki sakitləşdi, hətta körpənin tənəffüsü dayandı. Xoşbəxtlikdən qeyri-adekvat valideyn-ata təcili yardım çağırır.


http://imageshack.com/a/img538/9251/8miwSm.jpg

http://imageshack.com/a/img901/9203/HcE7ZG.jpg

http://imageshack.com/a/img673/4236/8RJ0oq.jpg

http://imageshack.com/a/img661/1320/hQTMNo.jpg

Körpə kritik vəziyyətdə xəstəxanaya çatdırılır və həkimlər onda kəllə sümüyünün zədələnməsi və beyin qanaxması aşkar edirlər. Körpənin həyatını xilas etmək üçün həkimlər qızcığazın kəllə sümüyün yarmalı olurlar. Bir ay ərzində Şayen bir neçə dəfə əməliyyat keçirir. Baxmayaraq ki, körpənin həyatını xilas etmək mümkün oldu, onun beynini sol yarımkürəsi bərpaolunmaz zədələr alıb və qızcığaz heç vaxt əvvəlki həyata qayıda bilməyəcək. Beləki, Şayenin sağ qolu və ayağı heç vaxt hərəkət etməyəcək.


http://imageshack.com/a/img538/4339/rMn1D1.jpg

Şayenin atası 28 yaşlı Ceyms Devis həbs olunub. Qəddar valideyn dərhal əməlini boynuna alıb. Körpənin ölümü baş versəydi, onun atasını 20 illik həbs cəzası gözləyirdi, lakin Şayenin sağ qalması məhkəmənin 10 il həbs cəzası ilə kifayətlənməsinə zəmin yaratmışdır.