Last Lemon (Sonuncu Limon), Lisa Swerling və Ralph Lazar tərəfindən qurulmuş kreativ bir studiyadır. Bir çox müvəffəqiyyətli kreativ işlə bərabər hazırladıqları əyləncəli bir illüstrasiya layihəsində “Xoşbəxtlik nədir?” sualına cavab axtarmışlar. Əslində internetdəki izləyicilərindən onları nəyin xoşbəxt etdiyini yazmalarını istəmişlər, göndərilən cavabları da illüstrasiyalar halına gətirmişlər. Gülümsədən və səmimi bir xəttə sahib bu şəkillərdən gözəl nümunələr aşağıdadır…


Xoşbəxtlik, axmaq dostlara sahib olmaqdır.



Xoşbəxtlik, dənizi seyr etməkdir.



Xoşbəxtlik, sevimli bir heyvana sahib olmaqdır.



Xoşbəxtlik, reallığın gözlədiyinizdən daha yaxşı olmasıdır.



Xoşbəxtlik, yaxşı xəbərləri minlərlə kilometr uzaqda olsa belə biriylə paylaşmaqdır.



Xoşbəxtlik, mənfi şeylər söyləməməyə qərar verməkdir.



Xoşbəxtlik, insanların haqqınızda nə düşündüyünə əhəmiyyət verməməkdir.



Xoşbəxtlik, gözəl bir kitabla divanda yatıb qalmaqdır.



Xoşbəxtlik, yağışı seyr etməkdir.



Xoşbəxtlik, ana və atadır.



Xoşbəxtlik, açıq havada zaman keçirməkdir.



Xoşbəxtlik, sevəcəyin bir hədiyyə almaqdır.



Xoşbəxtlik, isti bir yataqdır.



Xoşbəxtlik, eləcə oturmaq və küləyi hiss etməkdir.