Hər gün dünyada aclıq səbəbindən 22.000 uşaq dünyasını dəyişir
Dünya əhalisinin 80%-i sutkalıq olaraq 10 $-a yaşayır
Yer kürəsində yaşayan əhalinin ¼ hissəsi (25%) elektriksiz yaşayır
Avropa İttifaqı ölkələrində adi inək gündəlik olaraq 2.2 $ (dollar) dəyərində dövlət subsidiyası alır. Belə çıxır ki, adi inəklər dünyada aclıq və səfalət içində yaşan 1.2 mlrd. əhalidən çox pul qazanır.
Dünyanın bir tərəfində uşaqlar aclıqdan dünyasın dəyişdiyi vaxt digər tərəfində yeyilməmiş məhsulların 30-50%-i xarab olaraq tullantıya çevrilir
Yer kürəsində 1.2 mlrd nəfərlik əhali su ilə təmin oluna bilmir
1.6 mlrd insanın isə suyun əldə edilməsi üçün imkanı olsa da bu sular istifadə üçün yararsızdır
250 milyon sayda 5-15 yaşlı uşağın hər gün ağır şəraitdə əməyi istismar olunur
Bütün evsizlər içində 24 yaşa kimi olanlar 34% təşkil edir
Bütün dünyada 300.000 sayda uşaq-əsgər mövcuddur
Dünyada təxmini olaraq 210 milyon valideyn himayəsindən məhrum olmuş uşaq var
Hər gün 805 milyon insan aclıqdan əziyyət çəkir. Bunların 98%-i zəif inkişaf etmiş ölkələrin payına düşür və böyük əksəriyyəti uşaqlar təşkil edir
Yük gəmiləri və kruiz laynerləri hər il okeana 6.35 mlrd kq tullantı tökürlər
Hal-hazırda dünyada 350 milyon insan depressiv vəziyyətdədir
Hər il 315.000 qadın doğuş zamanı dünyasını dəyişir.
Hər il 2 milyon körpə müalicə oluna biləcək xəstəliklərin vaxtında müalicə olunmaması üzündən dünyasını dəyişir. Səbəb – bir çox ailələrin maddi durumunun buna imkan verməməsidir
27 yaşdan sonra beyin hüceyrələri məhv olmağa başlayır
Baxmayaraq ki, əksər ölkələrdə ölüm hökmünü qadağan ediblər, bəzi ölkələrdə bu hökm hələ də qüvvədədir və nisbət etibarı ilə ölüm cəzası 90% hallarda ABŞ, Çin, Sudan, İran, İraq və Pakistanda həyata keçirilir