1. Valideynlərinizə tez-tez zəng vurmağa başlamısınız, onlarla çoxlu vaxt keçirməyə can atırsınız və bunun məqsədi məsləhət, kömək almaq deyil, sadəcə birlikdə keçirilən vaxtdan zövq almaqdır.
2. Təqaüd və ehtiyat yığımları haqqında fikirləşməyə başlamısınız.
3. Artıq mağazalarda marketoloqların hiyləsinə uğramırsınız və bunu emosional baxımdan daha güclü keçirirsiniz.
4. Tələbəçilik illəri artıq ən yaxşı xatirələr deyil, sadəcə yaxşı xatirələr sırasından biridir
5. Soyuducunuzdakı ərzaq ehtiyatları bitməmiş yeni ərzaq siyahısını hazırlayırsınız.
6. Axırıncı dəfə valideynlərinizdən maddi yardım aldığınız tarixi xatırlamırsınız.
7. Müqavilələri imzalamamışdan öncə onları diqqətlə oxuyursunuz və qərarlarınızı daha rasional şəkildə qəbul edirsiniz.
8. Sağlamlığınız və ətrafınız haqqında ciddi şəkildə düşünməyə başlamısınız.
9. Bütün məişət qayğılarını rejimə salmısınız.
10. Yuxu istirahətinizin ayrılmaz hissəsinə çevrilib, artıq gecələri oyaq qalmırsınız.
11. Artıq başqalarının sizin haqda fikirləri sizi narahat etmir.
12. Daha kiçik nəsil sizə “xala/əmi” deyə müraciət edir.
13. Dostlarınızın əksəriyyəti artıq ailə qurub, subayların sayı isə getdikcə azalır.
14. İş yerinizi tez-tez dəyişməyə ehtiyac duymursunuz. Özünüzü maliyyə baxımından stabil və dözümlü hiss edirsiniz.
15. Sosial-ictimai məsələlər haqqında konkret fikirləriniz mövcuddur.