1.“ 100 illik tənhalıq” Qabriel Qarsiya Markez.
İnsanlığın inkişafından bəhs edən əfsanəvi roman, hansı ki, bu inkişaf yolunda hər kəs tənhalığa məhkumdur. Bəlkə də biz özümüz həyatın üzünə düz baxıb bunu qəbul etmirik. Hər kəs həyatdakı rolunu tək, tənha ifa edir. Həyat yollarını bir-birinə oxşamayan, zidd şəkildə keçir.
2. “Pişik üçün beşik” Kurt Vonnequt.
Parlaq, maraqlı kitab insanı həm gülümsəməyə, həm də düşünməyə vadar edir. Kitabda həqiqətlər əks olunub, lakin həmin həqiqətləri düşünüb təhlil etməyə vaxt verilməyib, çünki hadisələr sürətli şəkildə bir-birini əvəz edir. Kitabı 5 il keçdikdən sonra yenidən oxusanız, nəzərdən qaçırdığınız detalların çoxluğuna heyran qalacaqsınız.
3.”Əlvida silah!” Ernest Heminqvey.
Birinci Dünya Müharibəsində “itirilmiş nəsil” haqqında birinci və ən yaxşı kitab!. Müharibə illərindən bəhs edən kitabda gənc oğlanların ölümü, ya da inanılmaz dərəcədə kobudlaşması, dəyişilməsi əks olunub. Kitab o müharibədən bəhs edir ki, burada sevgi yeganə rahatlıq məqamıdır. Keçmişi və gələcəyi olmayan rahatlıq və arxayınlıq! Kitab unutmaq istədiyimiz, lakin mütləq xatırlamalı olduğumuz dəhşətli müharibə haqqındadır.
4.”Döyüş klubu” Çak Palanik.
Bu kitab azadlıqdan, daxili “mən”-in axtarışından bəhs edir. Hər birimiz əşyaların, ictimai rəyin əsiri olmuşuq. Hətta, arzularımız, istəklərimiz, məqsədlərimiz də eyni olub, lakin hər kəs özünün individuallığını göstərmək, sübut etmək istəyir.
5. “Martin İden” Cek London.
Gənc dənizçi Marti İden təsadüfən küçədə bir burjua nümayəndəsini davadan xilas edir. Minnətdalıq əlaməti kimi həmin şəxs gənc dənizçini evinə qonaq dəvət edir və ailəsi ilə tanış edir. Martin ağılsızcasına həmin adamın bacısına aşiq olur. Ruf – savadlı və zəngin qızdır, hansı ki, bu xüsusiyyətlər Martinlə tamamilə ziddiyyət təşkil edir. Qızın qəlbini fəth etmək üçün Martin öz üzərində çalışmağa başlayır: fəlsəfi biliklər əldə edir, qrammatika və riyaziyatı mənimsəyir, çoxlu kitab oxumağa başlayır.
6.”Farenheyt 451 dərəcə” Rey Duqlas Bredberi.
Kitab – çağırışdır, bütün istehlakçı sivilizasiyasının acımasız şəkildə günahlandırılmasıdır. 21-ci əsrdə itməmək üçün hər kəsin masasının üzərində olmalı olan kitab. Əsər bir insanın baş verən hadisələrə qarşı məyusluğu, etirazı,qışqırığıdır.
7. “Milçəklərin hökmdarı” Uilyam Qoldinq.
Ada. İsti qum. Uşaqlar. Sərhədsiz və ram edilməz okean. Valideyn nəzarətindən kənarda olan oğlanlar. Uşaqların timsalında təqdim edilmiş parçalanan cəmiyyət . İnqilab, qantökmə, ölüm… Olduqca qorxulu olan, lakin mütləq oxunmalı olan kitab.