Doğulduğumuz gündən bugünə, bizim xoşbəxtliyimiz üçün çalışan tək bir insan var bu həyatda: Anamız…
Balaca olarkən sırf biz əylənək deyə saatlarla oynadığımız evcikləri, getdiyimiz alış-verişləri, məktəbdən evə gəldiyimizdə bütün gün sadəcə bizi gözləmiş biri olan zamanları xatırlayaq və söyləyək indi. Dünya üzərində bundan daha mükəmməl bir “dost” ola bilər mi?
Anaların əslində ən yaxşı dost olduğunu sübut edən o faktlar;
1. Nə olursa olsun, hər zaman bizim tərəfimizdədirlər.
2. Həyatımızda olub bitənləri və gələcək planlarımızı bizdən daha çox önəmsəyərlər.
3. Bütün cizgi filmələrinə, video oyunlarına və oyun parklarına, sırf bizi xoşbəxt görə bilmək üçün dözərlər.
4. Yer üzündə, yetərincə qalın geyinib geyinmədiyimizə əmin olmaq istəyən tək insan o’dur.
5. Çox uğurlu olamasalar da, bizim yaşamımıza uyğunlaşmağa çalışarlar.
6. Dərdləşə biləcəyimiz ən əyləncəli insan o’dur.
7. Onun üçün heç bir faydası olmasa da, hər mövzuda uğurlu olduğumuzu görmək istəyərlər.
8. Bizə hər zaman özümüzü özəl hiss etdirməyə çalışarlar.
9. Xarici görünüşümüzü bizdən daha çox önəmsəyərlər.
10. Öz doğum günlərini qeyd etmədikləri qədər bizimkini qeyd edərlər.
11. Bizə nə alınması lazım olduğunu onlardan daha yaxşı bilən kimsə yoxdur.
12. Etdiyimiz bütün axmaqlıqlarda, analarımız hər zaman yanımızda bir yerlərdədir.
13. İstədiyimiz qədər gizlədək; onlar hər şeyi bilir, hər şeyi görürlər.
14. Hər vəziyyətdə yeməklərini bizimlə paylaşarlar.
15. Әn önəmsiz görünən problemlərimizi belə maraqla dinləyər, tövsiyə verərkən hər zaman dürüst davranarlar.
16. Bizdən gələn pis xəbərləri də dinləmək istərlər.
17. Neçə yaşımızda olursaq olaq, xırda uğurlarımızı anlatmaqdan hələ də zövq alırlar.
18. Son olaraq unutmayaq; xarakterimizi təşkil edən genlərin yarısı anamızdan gəlir.