Uşaqlıqda əksəriyyətimizin yatmaqdan xoşu gəlməyib. Böyüdükdən sonra isə yatmağa ayırdığımız 1 saat belə qənimət hesab olunur. Müasir dövrümüzdə gərgin iş həyatı və təhsil sistemi insanlarda vaxt çatışmazlığı yaradır. Bu isə öz növbəsində yuxu çatışmazlığı və yuxu pozuntularına səbəb olur. Yuxu çatışmazlığının insan orqanizminə çoxlu mənfi təsirləri var. Yuxu çatışmazlığının insan orqanizminə səbəb olduğu mənfi nəticələri aşağıdakı yazıda oxuya bilərsiniz:

http://imageshack.com/a/img540/7417/mvEsN0.jpg

     Artıq çəkiyə meyillilik yaranması. Yuxusuzluqdan əziyyət çəkən insanlar artıq çəki yığmağa meyilli olur. Bunun əsas səbəbi isə yenə də hormonlardır, çünki yuxu prosesində hormon ifrazı tənzimlənir. Yuxusuzluq isə hormon disbalansı yaradır.


http://imageshack.com/a/img540/373/Gp1LTI.jpg

   Daima titrəmə, üşümə halı. Yuxusuzluq orqanizmdə maddələr mübadiləsini zəiflədir. Bu isə bədən temperaturunun aşağı düşməsinə səbəb olur.


http://imageshack.com/a/img673/355/tFPCS4.gif

Yaradıcılıq qabiliyyətinin itirilməsi. Düşünmə qabiliyyətinin zəifləməsi, ləngiməsi yeni ideyaların yaranmasına birbaşa mane olur.


http://imageshack.com/a/img538/1975/Gjhgd2.jpg

Psixi pozğunluqlar.


http://imageshack.com/a/img537/2871/Xzp9Bu.jpg

Ömür müddətinin azalması.


http://imageshack.com/a/img673/9132/cPcBGI.jpg

Sərxoşluq halı. Alimlər tərəfindən müəyyən edilmişdir ki, 17 saat yuxusuz qalan insanın qanında sərxoş insanın qanında olan maddələrdən yaranır. Bu isə öz növbəsində diqqət pozğunluğu, düşüncə ləngiməsinə səbəb olur.


http://imageshack.com/a/img540/3773/4fygBa.jpg

Erkən qocalma. Bahalı kosmetik prosedurlar və məhsullara çoxlu pul xərcləmək olar, amma əgər siz yuxusuzluqdan əziyyət çəkirsinizsə, bu vasitələrin heç bir təsiri olmayacaq. Yuxusuzluqdan insan stress keçirir. Stress zamanı isə “kortizol” adlı hormon ifraz olunur. Bu hormonun artıqlığı dərinin erkən qocalmasına səbəb olur.


http://imageshack.com/a/img538/7140/cAwfZ1.jpg

Qan təzyiqinin yüksəlməsi.


http://imageshack.com/a/img537/689/io7aXh.jpg

Xəstələnmək riskinin yüksəlməsi. Yuxu zamanı immunitet güclənir, bərpa olunur. Daimi yuxusuzluq isə immunitetin zəifləməsinə, orqanizmin xəstələrə qarşı dözümsüz olmasına səbəb olur.


http://imageshack.com/a/img540/1100/pCJPmC.jpg

Emosional dözümsüzlük.


http://imageshack.com/a/img908/3389/whoWET.jpg

Xarici görünüşdə baş verən dəyişikliklər. Sözsüz ki, yuxusuzluqdan sonra üz dərisinin rəngi solğunlaşır, göz və göz ətrafı nahiyyələrdə şişkinlik yaranır, üz ifadəsində yorğunluq əlamətləri biruzə olunur.