Meksikanın Tixuana şəhərində ABŞ-la sərhədə çox yaxın olan evlərin birində şkafın içində tunel aşkarlanmışdır. 150 metrdən çox uzunluğu olan yeraltı qazıntıya elektrik və havalandırma sistemi də çəkilmişdir. Burada əsas məqsəd narkotik və qanunsuz miqrantların daşınmasını təmin etmək olmuşdur. Qəribədir ki, yeraltı tunel Federal polis və hərbi bazanın yaxınlığında yerləşsə də bu cinayətkarları qorxutmamışdır. Evdə axtarışlar zamanı 9 adam tutulmuş və narkotik maddə olan 20 kiloqram marixuana müsadirə olunmuşdur.
ABŞ-a açılan iflasa uğramış yeraltı tunel
208