Yer kürəsinn ən alçaq nöqtəsi. Dəniz səviyyəsindən 434 metr aşağıda yerləşən ölü dənizdir. Son 40 ildə isə Ölü dənizin səviyyəsi 25 metr də azalaraq daha da dərinləşmişdir. Ölü dənizin ən maraqlı fenomenllərindən biri oradakı qırmızı rəngli yosunların açılmasıdır. Bu hadisə tarixdə cəmi iki dəfə qeydə alınmışdır: 1980 və 1992-ci illərdə.
Dünyada ən iri ada Qrenlandiyadır. Kəskin iqlim şəraiti üzündən burada cəmi 57.000 insan yaşayır. Ada əvvəllər Danimarkaya məxsus olsa da 1979-cu ildən etibarən ada müstəqildir.
Yer kürəsinin ən şimal nöqtəsi. Bu, şimal qütbü deyil. Bu Kaffekluben (Qrenlandiya) adasıdır. Bu ada şimal qütbündən 443.3 km aralıda yerləşir və ilk dəfə 1900-cü ildə Robert Piri tərəfindən aşkar olunub.
Yer kürəsinin ən təcrid olunmuş adası. Buve adası dünyada ən tənha adadır. Bu ada Atlantik okeanın cənub hissəsində yerləşərək Norveçə məxsusdur. Ada tamamilə vulkanik ada olub, səthi buzla örtülmüşdür. Ada ilk dəfə 1739-cu il yanvarın 1-də Jan Batist Şarl Buve de Lozye tərəfindən aşkar olunmuşdur.
Yer kürəsinin ən cənub nöqtəsi. Bu dəfə bu həqiqətən də cənub qütbüdür. Cənub qütbü dəniz səviyyəsindən cəmi 100 m hündürlükdə yerləşir, baxmayaraq ki, buradakı buz örtüyünün hündürlüyü 2700 m-ə çatır.
Ən hündür nöqtə. Bildiyimiz kimi Yer kürəsinin ən hündür nöqtəsi Everestdir. Everestin hündürlüyü dəniz səviyyəsindən 8 844 metr təşkil edir. Everest hər bir macəra axtaran insan üçün xəyaldır. İlk dəfə olaraq 1850-ci ildə kəşf olunub və müfəttiş Corc Everestin adın alıb. Everest yüksəkliyini fəth etmək arzularının nə qədər romantik olmasına baxmayaraq, bu kifayət qədər təhlükəli sərgüzəştdir və artıq bir neçə insanın həyatına son qoyub.