1. Cahil axırda tula quyruğu yalar.

  2. Cahil dirilərin ölüsüdür.

  3. Camadarın şahlığı hamamçılıqdı.

  4. Canı acışan eşşək atdan yeyin gedər.

  5. Canavar tək qalanda başına çaqqallar yığışar.

  6. Cavahirin qiyməti var, amma atalar sözlərinin qiyməti yoxdur J

  7. Cavan baş bir çanax qandı.

  8. Cəhd elə dost qazan, düşmən ocaq başında.

  9. Cəhənnəmə gedən gələr, müştərinin gedəni gəlməz.

10. Cins xoruz yumurtada banlayar.

11. Comərd deyib maldan edərlər, igid deyib candan edərlər.

12. Cuhud qan görüb!

13. Culfa kəfənsiz ölər.

14. Cücə ağgünlü olsaydı, toyuq əmcəkli olardı.

15. Cücə nənəsindən süd görməyib.

16. Cücəyə bəylik verdilər, anasını eşşəyə mindirdi.

17. Cütə gedən öküz gözündən tanınar.

18. Çağırılmamış qonaq süpürülməmiş yerdə oturar.

19. Çaqqal güləndə toyuq qaqqıldar.

20. Çayır dedi: yeddi il leylək yuvasında qaldım, yerə düşüb yenə atamın vətənin itirmədim.

21. Çəkmə namərd minnətin, get gürbətdə dolan gəz.

22. Çərçi qızı mıncığa aşiq olar.

23. Çəkişməsən bərkiməzsən.

24. Çıxan qan damarda qalmaz.

25Çıraq öz dibinə işıq salmaz.

26. Çirkaba daş atma, üstünə sıçrar.

27. Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər.

28. Çirkinim, gözlə, gedim gözəl axtarım, tapmadım gözəlimsən ki, gözəlim.

29. Çiy süd əməndən eyilik gözləmə.

30. Çiynənən saqqız çürür.

31. Çobanı özündən olanın qoyunu dişi doğar.

32. Çobanın yağı çox olanda çarığına sürtər.

33. Çox doğru var, yalan ondan yaxşıdır.

34. Çox hürən it tutmaz.

35. Çox mal haramsız olmaz, çox söz yalansız.

36. Çol iti gəldi, ev itini qovdu.