Antropologiya elminin göstəricilərinə əsaslansaq deyə bilərik ki, insanın boyu heç vaxt daima ölçü göstəricilərinə malik olmayıb, əsrlər boyu dəyişib. Məsələn, əgər daş dövründə 160 sm hündür boy hesab olunurdusa, hal-hazırda bu belə deyil. İnsanın boyu millətin sağlamlıq və rifah səviyyəsindən asılıdır. Buna görə də təəccüblü deyil ki, orta əsrlərdə insanların boyu yenidən cılızlaşmağa başladı. Bunun səbəbi həmin dövrdə sürən müharibələr, yoluxucu xəstəliklər olmuşdur. Həmçinin onu da qeyd etməliyik ki, əksər hallarda qohum nigahlardan doğulan insanların boyu da valideynlərinə nisbətən kiçik olur və bu fakta görə də qohum nigahların cılızlaşmaya səbəb olduğunu əminliklə deyə bilərik. Müasir dövrümüzdə kişilərin orta boyu 176 sm, qadınların orta boyu isə 164 sm qəbul edilmişdir.

    Nə qədər insan varsa, o qədər də fikir ayrılığı mövcuddur və hər kəsin gözəllik və sağlamlıq anlayışları digərlərindən fərqlənir, lakin danılmaz fakt var: müasir KİV və digər təbliğat xarakterli məlumatlar. Xüsusilə də dəb aləmi hündür boylu insanları daha cəlbedici və gözəl hesab edir. Buna görə də bir çox kiçik və orta boylu insanlar təbliğata uyaraq komplekslərə qapanırlar. Xüsusilə də təsir altına yeniyetmələr və gənclər düşür. Biz bu halı düzgün hesab etmirik və düşünürük ki, insan özünü olduğu kimi qəbul etməli və ən əsas da öz bədənini “sevməli”, ona hörmət və qayğı ilə yanaşmalıdır. Unutmayaq ki, hündür boy uğur zəmanəti deyil!

    Bununla belə, Bildirchin.az olaraq boyun uzatmaq istəyən insanlara kiçik də olsa yardım etmək istəyirik (cəmiyyətimizdə bu kiçik problemin genişləndiyini nəzərə alaraq)

    Məqaləmizdə müasir dövrümüzdə boyun uzadılmasının real üsullarını təqdim edirik.

1. Cərrahi müdaxilə. Ən radikal və çətin üsuldur. Bu üsulla insanın boyu 4 sm-dən 12 sm-dək uzana bilir. Lakin, qeyd etməliyik ki, bu proses çox ağrılı və uzunmüddətlidir. Beləki, pasientin növbə ilə ayaq sümükləri sındırılaraq, ayaqlara “İlizarov” apparatı taxılır. Apparat vasitəsi ilə insanın ayaq sümükləri sutkada 1 mm dartılır və dartılmış yerdə sümük əmələ gəlir. İlizarov apparatı pasientin ayağında 6-18 aya kimi qalır. Bu müddət ərzində pasient demək olar ki, ancaq yataq rejimində olur və daima müalicə alır. Apparat ayaqlardan çıxarıldıqdan sonra isə uzunmüddətli bərpa edici və fizioterapiya prosedurları həyata keçirilir. Hansı ki, bu prosedurlar özü də yorucu və o qədər də xoş olmayan prosedurlardır. Cərrahi müdaxilə boy uzadılmasında ən təsirli metod olsa da bu metodun çoxlu zərərli təsirləri var.

2. Boyun hormonal həblər vasitəsi ilə uzadılması. Bu metod haqqında ətraflı məlumat yazmamışdan öncə qeyd etməliyik ki, insanın boyu 90%  genlərdən asılıdr. Digər 10%-in payına isə sağlam qidalanma və sağlam həyat tərzi, iqlim və s. aiddir. Adətən qızlar yetkin boy göstəricilərinə 17-19 yaşda, oğlanlar isə 23-25 yaşa qədər əldə edirlər. Boyun artırılmasında hormonal həblər də əsasən gənc uşaqda effektlidir və ümumilikdə götürsək ancaq 25 yaşa kimi olan insanlara tətbiq olunur. Sual yaranır ki, hormonlar boyumuza necə təsir edir? İnsanın boyunun uzanmasına “cavabdeh” hormon var – somatotropin. Bu hormon uşaq və yeniyetmə dövründə aktiv olur. Beləki, gənc olarkən insanın ximirçək toxuması açıq olur.

    Hormonal dərmanlar isə ancaq ximirçək toxuması açıq olanda insanın boyunun artmasına təsir edə bilir. Çimirçək toxumasının qapanıb-qapanmadığını öyrənmək üçün isə rentgen çəkilişləri etmək kifayətdir. Əgər, həkim çimirçək toxumasının artıq qapanıb, bərkidiyini söylərsə, sizə hormonal müalicə boy artımına kömək etməyəcək, təsirsiz olacaq. Yox, əgər bu toxuma hələ açıqdırsa, siz hormonal dərmanlar vasitəsi ilə boyunuzu 10-12 sm-dək uzada bilərsiniz. Xatırlatmalıyıq ki, bu halda hormonal dərmanların qəbulu 6-12 ay davam edir və mütləq şəkildə həkim nəzarəti altında aparılır. Boy artımı üçün nəzərdə tutulmuş hormonal dərmanlar, müalicə özünün bahalılığı ilə də seçilir.

    Qeyd: məqsədindən asılı olmayaraq istənilən hormonal müalicə və müdaxilənin orqanizmə mənfi təsiri var.

http://imageshack.com/a/img540/4903/9GLFfS.gif


3. Fiziki hərəkətlər. Demək olar ki, heç bir ziyanı olmayan bir metoddur. Fiziki hərəkətlərin digər üstünlüyü ondan ibarətdir ki, bu üsulu istənilən yaşda tətbiq etmək olar. Təsiretmə mexanizmi isə onurğanın dartılması, qamətin düzgün forma alması hesabına baş verir. Dartınma hərəkətləri, yoqa, üzgüçülük bunun üçün əla variantdır. Fiziki hərəkətlərlə boyun uzadılmasının yeganə mənfi tərəfi var: bu üsul insandan yüksək və iradə və dözümlülük tələb edir. Beləki, fiziki hərəkətlərə hər gün 1-3 saat vaxt ayırmaq lazımdır ki, bir neçə aydan sonra effekti görmək mümkün olsun. Fiziki hərəkətlərlə boyu 3-8 sm artırmaq olar.

http://imageshack.com/a/img910/6445/oMIVCE.gif


P.S. Oxucularımızın istək və marağından asılı olaraq boy uzadılmasında effektli olan fiziki hərəkətləri paylaşa bilərik.