1. Əsl xanım heç nədən asılı olmayaraq, istənilən vəziyyət və şəraitdə davranış və maneralarında nöqsanlar buraxmayacaq. Həmçinin geyimlərində də müəyyən çərçivə saxlayacaq: çox gödək mini ətəklər və dərin dekoltelərdən istifadə etməyəcək.
2. Əsl xanım heç vaxt cəmiyyət içərisində vulqar sözlər işlətmir, saqqız çeynəmir və “zubaçistka”-dan istifadə etmir.
3. Cəmiyyət içərisində bəzənmək, ətirlənmək və saçları daramaq da əsl xanımlara məxsus xüsusiyyət deyil.
4. Xanım xatın qızlar aydın tələffüz və diksiya ilə danışırlar və heç vaxt jarqon sözlərdən istifadə etmirlər.
5. Əsl xanım heç vaxt borc götürmür.
6. Düz qamət və şux addımlarla yerimək əsl xanımın birinci gözəlliyi hesab olunur.
7. Xanım-xatın qadın vaxtını düzgün planlaşdıra bilir və heç vaxt gecikmir. Hətta romantik görüşlərə belə xanım xatın qızlar ən çox 5 dəqiqə gecikə bilərlər və bundan artığını özlərini ayıb bilirlər.
8. Xanım xatın qız heç vaxt öz üzərində kontrolu buraxmır, özünü yığcam aparır ucadan danışıb-gülməyi özünə ayıb bilir.
9. Xanım xatın qız ictimaiyyət arasında siyasət, pular və dindən söz açmır. Həmçinin o, uşaqları və onların nailiyyətləti haqqında çox danışıb, onları tərifləmir, çünki bu kənardan yaxşı görsənmir.
10. Əsl xanım statusundan, yaşından, cinsindən, vəzifəsindən asılı olmayaraq hər kəslə nəzakətli davranıb, ətrafdakılara qarşı qayğı və diqqət göstərəcək.