Şübhəsiz ki, limon və bal istənilən evdə arzuolunan qidalardır və bu təsadüf deyil, çünki limon və balın bir sıra müalicəvi əhəmiyyətli xassələri mövcuddur.
Bir çoxları limon və balın qarşılıqlı istifadəsini ən çox soyuqdəymə və virus mənşəli xəstəliklər əleyhinə istifadə edir, lakin limon və balın digər “sehirli” xassələri də vardır:
Piyin sürətli əriməsi. Hər sahər ac qarına tərkibində bir qaşıq bal və yarım limon şirəsi sıxılmış su içməyi vərdiş edin. Bu faydalı vərdiş maddələr mübadiləsini sürətləndirir və bunun hesabına piyin əriməsi baş verir. Həmçinin orqanizmi təmizləyir və vitaminlərlə qidalandırır.
Tənəffüs yollarının xəstəlikləri ilə mübarizə. Bir çay qaşığı bal ilə iki çay qaşığı limon şirəsinin qarışığı olan məhlul təsirli bəlğəm gətirici vasitədir. Bu məhlulu profilaktika kimi də istifadə etmək olar. Yəni, xəstəliyin başlamasını hiss edən kimi istifadə etsəniz, çox güman ki, xəstəlik inkişaf etməyəcək.
Üz dərisinin ağardılması. Bərabər miqdarda bal və limon qarışıdırılır və dəriyə sürtülür. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. Proseduru həftədə 1 dəfə təkrarlamaq cildin ağarmasına, dərinin ümumi elastikliyinin artmasına səbəb olur.
Soyuqdəymədən müdafiə. Həm limon, həm də bal tərkibində çoxlu miqdarda C vitamini birləşdirir. Buna görə də limon və bal immunitetin güclənməsinə səbəb olur. İmmunitet güclü olduqda isə insan xəstəliklərə nadir hallarda tutulur.
Həzm sisteminin funksiyasını yaxşılaşdırır. Bal və limondan hazırlanmış içki mədə və bağırsaqdakı bir sıra iltihabi problemlərin aradan qaldırır. Həmçinin, bu içki mədə turşuluğunu da tənzimləyir.