1. Özünüzü kəskin tənqid etməyi dayandırın. Tənqid heç kəsi dəyişdirmək imkanında deyil. Özünüzü olduğunuz kimi qəbul edin. Özünüzü tənqid edəndə, danlayanda sizin inkişafınız, özünü tərbiyyə prossesi ləngiyir. Özünüzü tərifləyəndə, mənəvi cəhətdən mükafatlandıranda isə siz pozitiv istiqamətdə dəyişikliyə, inkişafa nail olursunuz.
2. Özünüzü şəxsi fikirlərinizlə ürkütməyin. Xoşlamadığınız şeylər haqqında az fikirləşin, mümkünsə heç fikirləşməyin! Əhvalınıza müsbət təsir edən amilləri gözünüzün önünə gətirin, qəmli musiqilərə qulaq asmayın. Qəmli, kədərli mahnıların insanı depressiyaya salması heç kəsə sirr deyil.
3. Özünüzə qarşı mehriban və səbirli olun. Özünüzə qarşı sevdiyiniz bir şəxsə yanaşantək yanaşın. Hisslərinizə, fikirlərinizə, istəklərinizə hörmətlə yanaşın.
4. Görkəminizə və təfəkkürünüzə nifrətlə yanaşmayın! Çünki, sizin hal-hazırda sahib olduqlarınız bir çoxlarının xəyalıdır.
5. Özüzüə dəstək olun! İnsana mənəvi dəstək göstərilməsə, o, məqsədlərinə çatmaq yolunda tez təslim ola bilər. Dəstək üçün dostlarınıza, valideynlərinizə də müraciət edəcəyiniz insanlara diqqət yetirin, çünki insanlar bəzən dəstək olmaq əvəzinə, əksinə olaraq mənfi təsir bağışlaya bilirlər.
6. Qüsurlarınızı qəbul edin. Qüsurlarınızı qəbul etməsəniz, onları müsbət istiqamətdə dəyişə bilməzsiniz.
7. Orqanizm və bədəninizin qayğısına qalın. Düzgün qidalanın. Nə gəldi yeməyin. Enerji və məhsuldarlığınızı bərpa edən, artıran qidalara üstünlük verin. Bədəninizi fiziki hərəkətlərlə də sevindirin.