- Stiv Cobs əslən suriyalı birisidir. Onun bioloji atasının adı Abdülfəttah Cəndəlidir.
- Stiv Cobsun bacısı – yazıçı Mona Simpsondur. Bacısının mövcudluğundan Stiv böyüdükdən sonra xəbərdar olur. Yazıçı Mona Simpsonun ilk əsəri olan “Anywhere But Here” yazıçının valideynləri ilə olan münasibətlərindən bəhs edir. Sonradan məlum olur ki, Monanın valideynləri həm də Stiv Cobsun bioloji valideynləridir.
- Stiv Cobsun bioloji valideynləri magistr tələbəsi olduğu üçün ilk övladlarını böyütmək kimi məsuliyyatdən boyun qaçırırlar. Beləki, onlar Stivi övladlığa verməyə qərara alırlar. Stivin gələcək ögey valideynlərinə qarşı cəmi bir tələb var idi: onlar ali təhsilli olmalıdırlar, lakin burada ögey valideynlər əsl bioloji valideynləri aldadırlar. Beləki, Stivin gələcək atası kolleci, anası isə orta məktəbi yarımçıq bitirmişdi, lakin onla söz verirlər ki, Stivi oxudacaqlar. Bununla da razılaşma əldə olunur.
- Stiv Cobs ilk övladını qəbul etməyərək özünü sonsuz adlandırırdı.
- Stiv Cobs pesketarians idi. Loru dildə desək, o, balıq məhsulları və vegeterian məhsullarla qidalansa da ət yemirdi.
- Stiv Cobsun planlarında monax olaraq ömürlük kilsəyə çəkilmək kimi bizə qəribə görsənən planlar vardı.
- Gənc olarkən S.Cobs ən azı bir dəfə LSD (psixodelik – narkotik dərman) qəbul edib. Onun sözlərinə görə bu təcrübəyə görə ona həyatdakı ən vacib şeylərdən birinə nail olmağa kömək edib.
- S.Cobs özünə olan inam hissinə görə həmişə yaşıdlarından fərqlənib. 12 yaşında olarkən onun radio – alətləri qurtarır və o, Uilyam Hyulettə (Hewlett – Packard) zəng vurur və ondan alət, lazımi vasitələrin əldə olunmasında kömək istəyir. Uilyam kiçik oğlanla söhbətdən sonra ona lazım olan bütün alətləri göndərir və yay tətilində onu işləməyə dəvət edir.
- “Apple”ın yaradıcısı ən az əmək haqqı alan müdir kimi Ginnes rekordlar kitabına düşüb: rəsmi sənədlərə əsasən S.Cobsun əmək haqqısı il ərzində 1 dollardan ibarət idi.
- 1893-cü ildə S.Cobs Con Skallini Pepsi-Cola şirkətindən Apple şirkətinə keçməyi xahiş və vadar edir. Bir neçə ildən sonra Skalli və Cobs arasındakı mübahisəyə görə S.Cobs şirkəti tərk etməli olur.
- Stiv öz avtomobilini (Mercedes SL55 AMG) heç bir nömrəvi nişan olmadan idarə edirdi və avtomobilini həmişə əlillər üçün nəzərdə tutlmuş dayanacaqda saxlayırdı.
- Apple şirkətinin işçi heyətinin 90%-i heç vaxt Stiv Cobsu görməmişdir.
- Cobs Pixar studiyasını 10 mln. dollara alaraq onu Disney şirkətinə 7.5 mlrd. dollara satmışdır.
- Stiv Cobsun ayaq ölçüsü 48 idi.
- 29 avqust 2008-ci ildə Blomberg xəbər agentliyi S.Cobsun ölümünə həsr olunmuş 17 səhifədən ibarət nekroloq paylaşır. Bu səhv tezliklə aşkar olunub düzəldilir.
- Stiv Cobs 5 oktyabr 2011-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.