1. Qadınların dərisi daha nazik və kövrəkdir. Birləşdirici toxumanın xüsusi quruluşu, eləcə də proqesteron hormonunun hesabına qadınların dərisi tez dartılır və dəri striyaların yaranmasına meyilli olur. Kişilərdə isə əksinə olaraq dəri qalın və elastik olur.
2. Qadınların ürəyinin ölçüsü daha kiçikdir və bunun nəticəsi olaraq daha tez-tez döyünür. Əgər kişilərin ürəyi dəqiqədə 72 dəfə döyünürsə, qadınlarda bu rəqəm 90-a çatır. Ürəyin sol mədəciyinin divarları nisbətən nazi və elastik olduğu üçün qadınlar kişilərlə müqayisədə yüksək qan təzyiqinə daha çox dözümlüdürlər.
3. Qadınlarda saç tüklərinin kökləri kişilərə nisbətən 2 mm dərinlikdə yerləşir.
4. Kişilərdə beyinin çəkisi 14% artıqdır. Digər tərfdən qadınlarda beyin yarımkürələrini birləşdirən sinirlər ikiqat sıx yerləşmişdir. Buna görə də qadınlarda düşünmə prosesi daha tez və cəld baş verir.
5. Bütün dünyada qadınlar kişilərə nisbətən çox ömür sürürlər. Bu faktın izahı sadədir: qadınlar kişilərə nisbətən hormonal baxımdan stress dövründən tez çıxırlar, yağlı xörəklərlə az qidalanırlar və təbii ki pis vərdişlərdən (siqaret, alkoqol və s.) daha az əziyyət çəkirlər.
6. Qadınların orqanizminin maye ilə təminatı 50-60%-dirsə, kişilərdə 60-70% olur. Kişilərin bədənində 4,5 litr qan dövr edir, qadınlarda isə cəmi 3,6 litr.
7. İnsult və infarkt kimi xəstəliklər əksər hallarda kişilərin həyatında baş verir, çünki kişilərin qan tərkibi qadınlara nisbətən daha qatıdır. Laborator araşdırmalara əsasən kişilərin hər qan damlasında qadınlarla müqayisədə 1 mln. çox qan hüceyrəsi var.
8. Alkoqollu içkilər qadınlara daha güclü ziyan yetirir. Bunun 2 əsas səbəbi var: çəkinin azlığı və alkoqolu neytrallaşdıran həzm fermentinin olmaması. Bunun nəticəsi olaraq, eyni dozalarda alkoqol qəbulu qadınlara kişilərə nisbətən 30% çox təsir edir.
9. Kişilər qadınlarla müqayisədə daha aqressiv olur. Bu hal onunla izah olunur ki, kişilərdə testosteron hormonu 10 dəfə artıq ifraz olunur.
10. Kişilərdə gündəlik enerji tələbatı 700 kalori çoxdur. Beləki, onlarda maddələr mübadiləsi daha tez baş verir və bədən temperaturu daha yüksək olur.