Kim varlanmaq istəyir? Əlbəttə ki, hər kəs. Maddi vəziyyətin yüksəlməsi insanlara ümumi rifah halının yaxşılaşmasına səbəb olur. Uğurlu iqtisadçılar, biznesmenlər və nəhayət milyonerlər hər zaman vurğulayırlar ki, varlanmağa səbəb olan əsas səbəblərdən biri düzgün qənaət və yığımın olmamasıdır.
Bu günkü məqaləmiz varlanmağa mane olan əsas səbəblərdən və buraxılan səhvlərdən bəhs edir:
1. Xərclər qazancları üstələyir. Sağlam təfəkkürlü insan belə səhvlərə yol verməz, çünki bu hal şəxsi maliyyə böhranına gətirib çıxardır. Xüsusilə də müasir dövrümüzdə geniş istifadə olunan kredit kartları bizi malik olduğumuzdan daha çox pul xərcləməyə stimullaşdırır. Pullarınızı plana uyğun xərcləyərək özünüz üçün büdcə yaradın.
2. Lazım olmayan əşyaları almaq. Bir çoxları (xüsusilə də Azərbaycan cəmiyyətində) özünü başqalarına uğurlu göstərmək üçün özünə lazımsız olan əşyaları alır (bəzən nağd şəkildə yox, kreditlə). Unutmaq lazım deyil ki, həqiqətən də maddi cəhətdən təmin olunmuş insanlar öz “varidatın” nümayiş etdirmirlər. Bir əşyanın, əmtəənin istehlakın həyata keçirərkən onun sırf sizə faydalılıq və zəruriyyət prinsipi ilə həyata keçirin, çünki “özününüzü göstərmək” istədiyiniz insanlar əksər hallarda sizə xoş olmayan insanlardır. Sizcə sizə xoş olmayan insana görə cibiniz əziyyət çəkməlidir?
“Sənə lazım olmayan əşyaları alırsansa, tezliklə ehtiyac duyduğun əşyaları satmalı olacaqsan” Uorren Baffet.
3. Şəxsi maliyyə vəziyyətinə nəzarətin olmaması. Bu səhv sizə təəccüblü görsənə bilər, çünki hamı hesab edir ki, öz maliyyə vəziyyətinə nəzarət edir, lakin bu belə deyil. Necə ki, artıq kilolar alanda arıqlamaq üçün heç bir səy göstərmirik, eləcə də maliyyə durumu pisləşməyə doğru gedəndə heç bir cəhd və zəruri dəyişikliklər etmirik. Bu halda insanların çoxu işlərin real vəziyyətindən qaçır. Şəxsi maliyyə böhranına uğramamaq üçün hesab dəftərçəsi tutaraq bütün xərclərə və gəlirlərə nəzarət edin.
4. Maliyyə planı hazırlayın. Həyatın digər sferalarında olduğu kimi, şəxsi maliyyənin də planaşdırılması zəruridir. Sizin maliyyə məqsəd və planlarınız pensiyaya çıxma vaxtını, arzuolunan kapitalın yığılma müddətini və s. kimi halları əhatə etməlidir.
“Gələcək üçün nəzərdə tutduğunuz plan sizin maliyyə strategiyanızı və missiyanızın reallaşdırılmasını özündə birləşdirilməlidir” Manoca Arora.
5. Yalnız bir gəlir mənbəyindən asılı olmaq. İnsanların çoxu bir gəlir mənbəyindən asılı olaraq vaxtı-vaxtında əmək haqqının ödənilməsinə sevinirlər. Fərqi yoxudr, istər əmək haqqı ilə dolanan, istərsə də özünün biznesi olan insanlar bir gəlir mənbəyindən asılı olmamalıdırlar, çünki heç kəs sizi yeganə olan gəlir mənbəyinizin tənəzzülündən sığortalamır, lakin əlavə gəlir mənbələri özü də sığorta rolunu oynaya bilir.
6. Gəlirin yüksəldilməsini cəhdlərini yarımçıq buraxmaq. Sizə qənaət etmək məsləhət görülübsə, siz ilk növbədə hansısa ehtiyac və istəklərin ödənilməsi üçün ayrılan xərcləri azaltmağa düşünürsünüz. Bu, uğurlu yanaşma deyil.
Uğurlu yanaşma – gəlirlərin yüksəldilməsidir. Təsəvvür edək ki, insan gəlirlərin 25%-i yığıma ayırır. Onun gəlirləri artdıqda isə avtomatik olaraq yığıma gedən vəsaitlər də artır. İnsan özünü çox şeydən məhrub edib əksər vəsaitləri yığıma ayırdıqda, o, frutrasiya hissi keçirir və baxmayaraq ki, o, arzuolunan məbləği yığmağa doğru irəliləyir özünü xoşbəxt, məmnun hiss etmir.