Tədqiqatçılar kəhrəbanın içində mükəmməl şəkildə saxlanılmış 99 milyon illik qırxayaq qalığı tapıb.

Myanmarda 142-162 milyon il əvvəl, Təbaşir dövrünə aid kəhrəbanın içindən 99 milyon yaşı olan qalıqlar müəyyən olunub. 8.2 mm uzunluğu olan qırxayaq bu günə qədər qorunmağı bacarıb.

Qırxayaqlar ailəsinin Callipodida növünə aid ilk qalıq olduğu bilinən bu qırxayaq bu növün ən sonuncusu sayılır. Eyni zamanda morfologiyasına görə də digərlərindən tamamilə fərqlənir. Alimlər yeni kəşf etdikləri bu qırxayağa “gözlənilməz” mənasını verən “burmanopetalum inexpectatum” adını verib.

Zookeys jurnalında mövzu ilə bağlı məqalənin yazan Bolqarıstan Təbiət Tarixi Muzeyində çalışan Pavel Stoev yeni nəsil mikro kompüter tomografiya və inkişaf etmiş görünüş emalı proqramı sayəsində tapılan qalığı rəqəmsal olaraq üçölçülü şəkildə modelləşdirməyi bacarıb. Üç hissəli modelin videosunu da buradan izləyə bilərsiniz.