İnsan sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədiylə edilən qadağanları anlamaq asandır, amma birinin nə geyinməsi və ya uşağına hansı adı qoymasına qarışılacaq qadağaların qoyulmasını anlamaq çox çətindir. Bəzi ölkələr var ki, bunları idarə altında saxlamaq üçün qəribə qadağalar tətbiq etmişdir.
1.Uşağa ad qoymaq.
Danimarkada yeni anadan olan uşaqlara verilə biləcək adlardan ibarət bir siyahı var. Ailə yalnız bu siyahıdan uşağına ad qoya bilər. Əgər qoymaq istədikləri ad siyahıda yoxdursa, hökumətdən və kilsədən icazə almalıdır.
2. Saç jelesi və saç kəsimləri.
Saç jelesi İran hökuməti tərəfindən qadağan edilmişdir. Qərb mədəniyyətinin saç stillərinə bənzətmək üçün saç jelesi ilə saça forma vermək qadağandır. Hətta kişilərin istifadə edə biləcəyi saç kəsmə kataloqu dövlət tərəfindən hazırlanır.
3. Kinoteatrlar.
Ərəbistan’da kinoteatrlar qadağan edilmişdir. Qaranlıq yerlərdə qadın və kişinin olmasının təhlükəli olduğunu düşünən ölkə kinoteatrları qadağan etmişdir.
4. Red Bull satışı.
Fransa və Danimarka Red Bull ‘u qadağan etmişdir. İçkinin içində olan kimyəvi maddələrin şiddətli migren, beyin şişləri və qaraciyər yetməzliyi kimi təsirləri olduğu üçün satışına icazə verilmir.
5. Kinderlər.
Yumurtanın içindən çıxan oyuncaqların, kiçik uşaqların boğulmasına səbəb olacağı üçün Amerika’da kinderlər qadağandır.
6. Blue Jeans
Şimali Koreya’da blue jeans, mavi rəngin Amerika’nı təmsil etdiyi düşüncəsiylə qadağan edilmişdir. Fərqli rənglərə icazə verilirmi? Bunu bilmirik..
7. Saqqız.
Deyilənə görə Sinqapur’da metronun ilk açıldığı gün metro qəzaya uğrayır və bu qəza milyonlarla dollar zərərə səbəb olur. Qəzanın səbəbi araşdırıldığı zaman, metronun həssas bir nöqtəsinə yapışdırılan bir saqqız səbəbiylə bu qəzanın baş verdiyi ortaya çıxır. Həmin gündən sonra ölkədə saqqız çeynəmək rəsmi olaraq qadağan edilir.
8. Cizgi romanlar
Kanada’da içərisində cinayətə təşviq edəcəyi düşünülən cizgi romanların satışı və çapı qadağan olunmuşdur.
9. Fastfood reklamları.
Cənubi Koreya, uşaqlarda yaşanan obez səbəbiylə fastfood reklamlarını qadağan etmişdir.