80 yaşlarında biri necə olur ki, özünü bizdən daha həyat dolu və enerjili hiss edə bilir? Gündəlik həyatımız belə bir xaos içində keçərkən babalarımızın, nənələrimizin yaşına qədər necə yaşayacağıq? Özünüzü belə çıxılmaz vəziyyətdə hiss etdiyiniz zamanlar böyüklərinizə zəng vurub bəlkə bir az “Böyük sözü dinləmək” yaxşı gələ bilər. Onlar həqiqi mənada xaosun, döyüşün və sülhün nə olduğunu yaşamış insanlar olduqları üçün indiki vaxtda biz gənclərin yaşadıqları problemləri həll edə bilmə gücünə sahibdirlər.


    1. Hər gün özünüzə zaman ayırın.

    Nə qədər məşğul olduğunuz və ya eyni anda nə qədər çox problemi birlikdə düşündüyünüz əhəmiyyətli deyil. Bir az fasilə verin. Bu yaşadığınız günə yalnız bir dəfə sahib ola bilərsiniz, belə ki, onu qaçırmayın. 15 dəqiqəlik qəhvə fasiləsi verib özünüzlə baş-başa qalmaq belə kafi ola bilər.

    2. Özünüzə qarşı balanslı davranın.

    Sağlamlığınıza və bədəninizə təbii ki diqqət göstərməlisiniz ancaq bunu çox şişirtməyin. Hər gün salatlar yemək və ya bütün həyatınızı kalori hesablamaqla keçirmək bir həll yolu deyil. Bəzən bir parça keks yemək, spa masajı qədər insana yaxşı gələ bilər. Günahkarlıq hiss etmədən hər şeyin dadını çıxarın və qadağalara çox zaman sərf etməyin.

    3. Gəzintiyə çıxın.

    Bəzən bir çox şey üst-üstə gələndə, edə biləcəyiniz ən yaxşı şey gəzintiyə çıxmaqdır. Hər şeyi arxada buraxın və olduğunuz səmtin, şəhərin dadını çıxarın, yağışın qoxusunu hiss edin, mağazaların vitrinlərini baxın, yeni insanlarla tanış olun və yaşadığınız anın dadını çıxarın. Bu hər zaman zehininizi və bədəninizi istirahət etdirəcəkdir.

    4. Hər gün düşüncələrinizi yazın.

    Günün sıxlığı başınızı qarışdırmış ola bilər, ancaq hər zaman hədəflərinizi və düşüncələrinizi bir kənarda saxlamaq lazımdır. Hər gün öyrəndiklərinizi yazın. Fərqində olmadan o gün içində nə qədər çox şey öyrəndiyinizi görəcəksiniz.

    5. Maraqlanın.

    Yaşınızın və ya maraq dairənizin bir əhəmiyyəti yoxdur; əhəmiyyətli olan öyrəndiyiniz yeni şeylərlə özünüzü yeniləyə bilməkdir. Beyninizin hər zaman öyrənməyə meyllidir. Siz yalnız maraqlarınızın arxasından gedin.

    6. Görünüşünüzə diqqət yetirin.

    Hər yeni başlayan günün əslində bir qonaqlıq olduğunu və ona görə geyinməli olduğunuzu düşünün. Dikdaban ayaqqabılar, işıltılı paltarlar, kostyumlar geymək məcburiyyətində deyilsiniz ancaq kiçik bir toxunuşla görünüşünüzü tamamilə dəyişdirə bilərsiniz. Hər zaman qarşınıza çıxaacaq əhəmiyyətli şeylərə hazırlıqlı olun, çünki həyat gözlənilməzdir.

    7. Qəhqəhələrlə gülün.

    Gülə bildiyiniz qədər yüksək səslə gülün, çünki həyatdakı ən gözəl və ən əyləncəli şey budur. Həyatdan keyif alan, gülümsəyən və yaşadıqlarından xoşbəxt olmağı bacaran insanları ətrafınızda saxlamağa çalışın. Keçirdiyiniz hər günə bir az enerji qatın. Bu həyatınıza enerji qatacaqdır.